
Hüquqinfo.az bildirir ki,
Azərbaycan məhsulları Minsk şəhərində keçirilən "INNOPROM.Belarus" beynəlxalq sənaye sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.
"Hüquqinfo.az" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə ölkə stendində Azərbaycanın 8 şirkətinin məhsulları təqdim olunur.
Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.






