










Hüquqinfo.az bildirir ki,
Abşeron rayonunun Masazır qəsəbəsində kanalizasiya sistemində yaranan problem yenə sakinlərin ciddi narazılığına səbəb olub.
“Hüquqinfo.az”ya daxil olan məlumata görə, qəsəbənin Qaçaq Nəbi küçəsində kanalizasiya suları küçəyə daşıb.
Sakinlər bildirirlər ki, kəskin üfunət qoxusu və çirkab suların yola axması səbəbindən yolda hərəkət etmək çətinləşib. Ərazidə anti-sanitar vəziyyət hökm sürür.
Vəziyyətdən təngə gələn yerli sakinlər aidiyyəti qurumlardan problemin tezliklə aradan qaldırılmasını və xəttin təmir olunmasını tələb edirlər.
Abşeron rayonu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsindəki içməli su xəttində qəza baş verməsi ilə bağlı rayonun su meliorasiya sistemlərinin istismarı idarəsinə məlumat daxil olan kimi briqada əraziyə cəlb olunub.
“Hazırda qəzanın aradan qaldırılması məqsədilə qəza-bərpa işləri həyata keçirilir”, - deyə məlumatda qeyd edilib.








