Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sö...--:--
News
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb--:--
News
3 gün morqda qaldıqdan sonra ayılan qazimiz - Video--:--
News
Hücumda ölən qızın şəklini göstərdi, ABŞ rəsmisi zalı t...--:--
News
69 yaşlı qadını maşın vurub öldürdü--:--
News
İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sö...--:--
News
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb--:--
News
3 gün morqda qaldıqdan sonra ayılan qazimiz - Video--:--
News
Hücumda ölən qızın şəklini göstərdi, ABŞ rəsmisi zalı t...--:--
News
69 yaşlı qadını maşın vurub öldürdü--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda

Bugün, 19:53
News thumbnail

Hüquqinfo.az bildirir ki,

POS-terminal vasitəsilə aparılan müəyyən nağdsız ödənişlər sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün nəzərdə tutulan 200 min manatlıq həddin hesablanması zamanı 0,5 əmsalla nəzərə alınacaq.

Axar.az xəbər verir ki, Vergi Məcəlləsinə əlavə edilmiş 218.1-1-ci maddəyə əsasən, pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər 0,5 əmsal tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manat və ya daha az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Həmçinin vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul şəxslər də müəyyən şərtlərlə sadələşdirilmiş verginin ödəyicisi ola bilirlər.

Yeni qaydanın mahiyyətini nümunə ilə izah etsək, vergi ödəyicisinin ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 260 min manat, bunun POS-terminal vasitəsilə həyata keçirilən hissəsi isə 128 min manatdırsa, POS-terminaldan kənar əməliyyatların həcmi 132 min manat təşkil edir.

128 min manatlıq POS ödənişinə 0,5 əmsal tətbiq edildikdə 64 min manat alınır. Beləliklə, hesablamaya daxil edilən ümumi məbləğ 196 min manat olur. Bu halda 200 min manatlıq hədd aşılmadığından vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayır.

Qeyd olunur ki, 0,5 əmsal yalnız POS-terminal vasitəsilə aparılan ödənişlərə tətbiq edilir. Bank hesabına köçürülən və ya VÖEN-lə bağlı kart hesabına “card-to-card” qaydada edilən ödənişlər bu hesablamaya daxil edilmir.

Digər mühüm məqam isə POS-terminal vasitəsilə ödənişlərin vergi ödəyicisinin özü tərəfindən qəbul edilməsidir. Belə halda həmin ödənişlər tam həcmdə nəzərə alınır və 0,5 əmsal tətbiq edilmir.

Bununla yanaşı, 2025-ci ildə həyata keçirilən POS ödənişləri üçün də ayrıca qayda müəyyənləşdirilib. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin keçid müddəalarına əsasən, 218.1-1-ci maddənin müddəaları yalnız 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara tətbiq olunur.

Məsələn, vergi ödəyicisinin ardıcıl 12 ay üzrə dövriyyəsi 260 min manatdır və bunun 120 min manatı POS-terminal vasitəsilə həyata keçirilən ödənişlərdən formalaşıb. Həmin POS ödənişlərinin 30 min manatı 2025-ci ilin may-dekabr aylarına, qalan 90 min manatı isə 2026-cı ilə düşür.

Bu halda 2025-ci ilə aid 30 min manatlıq POS ödənişinə əmsal tətbiq edilmir. 2026-cı ilə aid 90 min manat isə 0,5 əmsalla hesablanaraq 45 min manat təşkil edir.

Nəticədə hesablamaya daxil edilən məbləğ 215 min manat olur: 140 min manat POS-terminaldan kənar əməliyyatlar, 30 min manat 2025-ci ilə aid POS ödənişləri və 45 min manat 2026-cı ilə aid POS ödənişləri.

Beləliklə, 200 min manatlıq hədd aşılmış hesab edilir və vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi statusunu itirərək ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır.

Mütəxəssislərə tövsiyə olunur ki, Vergi Məcəlləsinin 218.1-1-ci maddəsi üzrə hesablamalar aparılarkən 0,5 əmsalın yalnız 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara tətbiq edildiyini nəzərə alsınlar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Gəncədə 32 yaşlı şəxs güllə yarası aldı

News thumbnail
huquq

Gəncədə 25 yaşlı şəxs güllələndi

News thumbnail
huquq

Gəncədə 32 yaşlı şəxs güllələndi

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Nyu-York küçələrini velosipedlə gəzdi

Bugün, 20:30
News thumbnail
Bugün
dunya

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb

Bugün, 20:27
News thumbnail
Bugün
siyaset

Kiyev atəşkəsə hə dedi

Bugün, 20:27
News thumbnail
Bugün
cemiyyet

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Bugün, 20:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır

Bugün, 20:18
News thumbnail
Bugün
dunya

Rusiyalı turistə Bakıda belə jest etdilər - Video

Bugün, 20:17
News thumbnail
Bugün
dunya

Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsində maraqlıdır

Bugün, 20:12
News thumbnail
Bugün
siyaset

Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək

Bugün, 20:10
News thumbnail
Bugün
dunya

BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı

Bugün, 20:10
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb

Bugün, 20:06
huquq

İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb

News thumbnail
huquq

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır