






Hüquqinfo.az bildirir ki,
Böyük Britaniya polisi İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfəri saxlayıb.
"Hüquqinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hempşir polisindən bildirilib.
Məlumata görə, sentyabrın 22-si axşam saatlarında yüzlərlə insan dənizdə bir sutkadan çox vaxt keçirmiş miqrantların olduğu qayığın şəhərə girişinə etiraz əlaməti olaraq Qosportda mitinqə çıxıb. Nəticədə qayıq sentyabrın 23-ü səhər saatlarında Duvr limanına çatıb.
"Gəminin hərəkətini diqqətlə izləyən ictimaiyyət nümayəndələri Qosport və Portsmutda etiraz aksiyalarına çıxıblar... 6 nəfər həbs edilib", - hüquq-mühafizə orqanlarının əməkdaşları vurğulayıblar.
Qeyd olunub ki, polislə toqquşmalar qayığın başqa şəhərə gedib çatdığı məlum olandan sonra yekunlaşıb.
Qayıq sentyabrın 21-i səhər saatlarında Normandiya sahillərindən yola düşüb. Onu Fransa sahil mühafizə gəmisi izləyib. Fransa rəsmiləri bildiriblər ki, qayıqdakı insanlar köməkdən imtina ediblər və nəyin bahasına olursa-olsun Britaniyaya getmək niyyətində olublar.








