
Hüquqinfo.az bildirir ki,
Bakının qəhvə və restoran məkanlarından olan “Coffeemania” restoranlar şəbəkəsi genişlənməkdə davam edir.
Brendin yeni - “Coffeemania Next” Elmlər filialı Hüseyn Cavid prospektində fəaliyyətə başlayıb.
Ötən günlərdə baş tutan açılış mərasimində şou-biznes nümayəndələri, tanınmış blogerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Sayca “Coffeemania Next”in 6-cı filialı olan restoran, qəhvə ilə yanaşı, müxtəlif desertlər, səhər yeməkləri, salatlar, isti yeməklər və digər mətbəx seçimlərini bir araya gətirir. Xüsusi desertlər, mətbəx və fərqli qəhvə çeşidləri konseptin əsas hissəsini təşkil edir.
Şirkətin “Coffeemania” və “Coffeemania Next” markaları Azərbaycanda 11, dünyaca 60-dan çox filialı var.
Qəhvə istehsalında istifadə edilən “Coffeemania” məhsulları 2015 və 2018-ci illərdə Almaniyanın “Deutsche Röstergilde” qurumunun qızıl medallarına layiq görülüb.
Yeni “Coffeemania Next” Elmlər filialı hər gün saat 08:00-dan 01:00-dək qonaqlarını qəbul edəcək.








