Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - Vid...--:--
News
Serbiya Fransadan yeni döyüş təyyarərələri alır--:--
News
Adrien Kirali Naxçıvanda əməkdaşlıq imkanlarını müzakir...--:--
News
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəli...--:--
News
"Bakı Kristal Zalı" sığortaçı seçir--:--
News
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - Vid...--:--
News
Serbiya Fransadan yeni döyüş təyyarərələri alır--:--
News
Adrien Kirali Naxçıvanda əməkdaşlıq imkanlarını müzakir...--:--
News
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəli...--:--
News
"Bakı Kristal Zalı" sığortaçı seçir--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Məsciddən və “Dəniz Mall”ın namaz otağından oğurluq edən “Hacı” tutuldu

Bugün, 15:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakıda məscid və ticarət mərkəzində iki mobil telefon oğurlayan H.V. barəsində hökm çıxarılıb.

“Hüquqinfo.az” Qaynarinfo-ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinib.

İttihama görə, H.V. 2026-cı ilin yanvarında Bakı şəhərində yerləşən “Dəniz Mall”ın mənfi ikinci mərtəbəsindəki namaz otağına gedib. Orada bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxdığını görüb. Həmin şəxsin gödəkçəsinin altında qoyduğu “iPhone 15 Pro Max” markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Oğurlanan telefonun dəyəri 1700 manat müəyyən edilib. H.V. daha sonra telefonu “28 May” metrostansiyası yaxınlığındakı telefon mağazalarından birində 440 manata satıb. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

Bundan bir neçə gün sonra H.V. Bibiheybət məscidinə gedərək ikinci oğurluğu törədib. Bu dəfə dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edərək gödəkçənin cibindəki “iPhone 17 Pro” markalı telefonu götürüb.

Məhkəmə zamanı telefonun dəyərinin 3000 manat olduğu müəyyən edilib. H.V. bu telefonu da “28 May” metrostansiyası yaxınlığındakı eyni mağazaya 600 manata satıb.

Telefon mağazasının əməkdaşı məhkəmədə bildirib ki, H.V. özünü “Hacı” kimi təqdim edib. O, hər iki telefonu özünə məxsus olduğunu deyərək satıb. Mağaza əməkdaşı telefonların oğurluq olduğunu bilmədiyini, əks halda onları almayacağını bildirib.

H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib və hər iki oğurluğu törətdiyini etiraf edib. Məhkəmə onun ifadələrini digər sübutlarla birlikdə qiymətləndirib.

Məlum olub ki, H.V. daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını 2023-cü ildə başa vuraraq azadlığa çıxıb.

Məhkəmə əvvəlki məhkumluğun ödənilmədiyini nəzərə alaraq yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib və bunu cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınıb.

Sonda məhkəmə H.V.-ni Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hökmdə H.V.-nin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Cəza müddəti 2026-cı ilin müvafiq tarixindən hesablanacaq.

Hökm qanuni qüvvəyə minənədək H.V. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Lənkəranda hissedilən zəlzələ olub

News thumbnail
huquq

Çiyinlərində milyarderlərin fiqurlarını daşıdılar

News thumbnail
huquq

Azərbaycanda torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Lənkəranda hissedilən zəlzələ olub

Bugün, 16:00
News thumbnail
Bugün
idman

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Bugün, 16:00
News thumbnail
Bugün
idman

“Sabah”dan azarkeşləri sevindirən açıqlama

Bugün, 16:00
News thumbnail
Bugün
iqtisadiyyat

CAREC proqramına investisiyaların məbləği 60 milyard dolları ötüb

Bugün, 15:59

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

“Metsamor”un istismar müddətinin uzadılmasını müzakirə etdilər

Bugün, 15:55
News thumbnail
Bugün
cemiyyet

Oktyabrın havası: intensiv yağış, sulu qar...

Bugün, 15:55
News thumbnail
Bugün
siyaset

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb

Bugün, 15:52
News thumbnail
Bugün
idman

Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir

Bugün, 15:50
News thumbnail
Bugün
siyaset

Prezidentlə görüşdən paylaşım etdi

Bugün, 15:50
News thumbnail
Bugün
idman

Fərhad Əliyev: "Azərbaycanda idman balıqçılığı üzrə milli komanda formalaşdırılacaq"

Bugün, 15:48
News thumbnail
huquq

Moskva məhkəməsi bloger Yuri Dudu terrorçuluğa çağırış etmək ittihamı ilə qiyabi həbs edib

News thumbnail
huquq

Rutte: Rusiya Ukraynaya dəstəyimizi zəiflətmək cəhdində uğursuzluğa düçar olur