
Hüquqinfo.az bildirir ki,
Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC 60 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
İddiaçılar təkliflərini oktyabrın 20-nə qədər "Bakı Kristal Zalı"nın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanı ünvanına təqdim edə bilərlər.
Ötən il bu tenderin qalibi "Meqa Sığorta" ASC olub, ona 37,2 min manat ödəniləcək.










