
Hüquqinfo.az bildirir ki,
Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən azı 37 nəfər ölkənin qərbindəki Niger əyalətində həbsxanada ölüb.
"Hüquqinfo.az"un yerli TVC telekanalına istinadən məlumatına görə, onların ölüm səbəbi hələ müəyyən edilməyib.
Saxlanılanları qoruyan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri meyitlərin məhkəmə-tibbi ekspertizası üçün Minna şəhərinin xəstəxanasına aparıldığını bildiriblər.
Niger əyalətinin qubernatoru Məhəmməd Umaru Baqo deyib ki, ilkin araşdırmalar ölüm səbəbinin boğulma və ya qurğuşun zəhərlənməsi ola biləcəyini göstərir.










