Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Emrah Aykurt: "Əsas məqsəd milli komandalar üçün geniş ...--:--
News
“X” platformasına məxfilik pozuntuları ilə bağlı Azərba...--:--
News
Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək--:--
News
ASAN könüllüləri IDEA ilə birlikdə "Yaşıl dağ" aksiyası...--:--
News
AMB “Bank Respublika”-“AccessBank” sövdələşməsinin bank...--:--
News
Emrah Aykurt: "Əsas məqsəd milli komandalar üçün geniş ...--:--
News
“X” platformasına məxfilik pozuntuları ilə bağlı Azərba...--:--
News
Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək--:--
News
ASAN könüllüləri IDEA ilə birlikdə "Yaşıl dağ" aksiyası...--:--
News
AMB “Bank Respublika”-“AccessBank” sövdələşməsinin bank...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

"PAŞA Holdinq": Güclü liderlər yetişdirmək istəyirik

Bugün, 09:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"PAŞA Holdinq" MMC Azərbaycanda və fəaliyyət göstərdiyi ölkələrdə güclü liderlər yetişdirmək istəyir.

"Hüquqinfo.az" xəbər verir ki, holdinqin baş icraçı direktoru Cəlal Qasımov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılışında bildirib.

Onun sözlərinə görə, bu ilin aprel ayında "PAŞA Holdinq", SOCAR və IE Universiteti arasında Anlaşma Memorandumu imzalanıb: "Cəmi bir neçə ay sonra isə biz artıq ilk qrupumuzu salamlayırıq. Düşünürəm ki, proqramın bu qədər operativ şəkildə həyata keçirilməsi bütün tərəflərin yüksək öhdəlik və fədakarlığından xəbər verir. Şəxsən mənim üçün bugünkü günün əhəmiyyəti yeni bir akademik proqramın işə salınmasından daha böyükdür. Biz biznesdə və dövlət siyasətində infrastruktur, texnologiya və kapital haqqında çox danışırıq. Sözsüz ki, bunların hamısı böyük əhəmiyyət kəsb edir, lakin onların heç biri təkbaşına dəyər yarada bilməz. Dəyəri əsaslandırılmış biznes qərarı verən, komandaları arxasınca aparan, həmin qərarları icra edən şirkət və təşkilatlar quran insanlar yaradır. Rəhbər şəxslər üçün təhsilin vacibliyi də məhz bundadır. Bu, xüsusilə Azərbaycanın öz inkişafının növbəti mərhələsinə qədəm qoyduğu bir vaxtda böyük əhəmiyyət daşıyır. Liderlərimizin keyfiyyəti şirkətlərimizin keyfiyyətinə, yekunda ölkəmizin rəqabət qabiliyyətinə təsir göstərəcək".

C.Qasımov qeyd edib ki, "PAŞA Holdinq"də liderliyin inkişafı uzun müddətdir ki, əsas prioritetlərdən biridir: "Biz Azərbaycan və fəaliyyət göstərdiyimiz bütün ölkələrdə güclü liderlər yetişdirmək istəyirik. Təcrübədən də bilirik ki, liderlik yalnız təlimlər vasitəsilə formalaşmır. Liderlik bilik təcrübə ilə birləşdikdə, fərziyyələr sual altına alındıqda və insanlar cavabların aydın olmadığı çətin situasiyalarda düzgün mühakimə yürütməyi öyrəndikdə inkişaf edir. Bu proqram məhz belə bir mühit yaradır. O, IE Universitetinin akademik standartlarını və beynəlxalq baxışını Azərbaycana gətirir, eyni zamanda bunları ölkəmizin reallıqları, yerli biznes ictimaiyyətimizin praktiki təcrübələri və iddiaları ilə əlaqələndirir".

"Bu proqramı "PAŞA Holdinq"in 20 illik yubileyi ilində işə salmağımız mənim üçün xüsusilə əlamətdardır. Biz geri baxaraq qurduğumuz biznesləri, etdiyimiz investisiyaları və inkişafına kömək etdiyimiz insanları görə bilərik. Lakin növbəti 20 ilimiz təşkilat olaraq öyrənməyə nə dərəcədə davam edəcəyimizdən və yetişdirəcəyimiz liderlərin keyfiyyətindən daha çox asılı olacaq. Ümid edirəm ki, "Executive MBA Bakı" nəşri iki tərəf arasında həqiqi bir körpüyə çevriləcək. Bu proqram Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirməklə yanaşı, Azərbaycanın və daha geniş regionun təcrübə və ideyalarının da beynəlxalq dialoqun bir hissəsinə çevrilməsinə imkan yaratmalıdır. Biz özümüzü yalnız qlobal biliyin qəbul edən tərəfi kimi görməməliyik. Artıq vaxtıdır ki, biz də bu bilik və təcrübəyə öz töhfəmizi verək",- deyə holdinq rəsmisi əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

News thumbnail
huquq

7 il əvvəl törədilən cinayətin üstü açıldı – Təfərrüat

News thumbnail
huquq

Qisas üçün öldürüb meyitini quyuya atmışdı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır

Bugün, 11:07
News thumbnail
Bugün
dunya

Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır

Bugün, 11:06
News thumbnail
Bugün
cemiyyet

“Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”

Bugün, 11:06
News thumbnail
Bugün
iqtisadiyyat

"Anglo Asian Mining" bu il üçün qiymətli metalların istehsal proqnozlarını açıqlayıb

Bugün, 11:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bugün, 11:03
News thumbnail
Bugün
dunya

ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq

Bugün, 11:01
News thumbnail
Bugün
cemiyyet

Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq

Bugün, 11:01
News thumbnail
Bugün
siyaset

AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq

Bugün, 11:00
News thumbnail
Bugün
cemiyyet

Azərbaycanın Qadınlar Super Liqasında I turun cütləri müəyyənləşib

Bugün, 10:59
News thumbnail
Bugün
cemiyyet

Azərbaycanın Qadınlar Super Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib

Bugün, 10:53
News thumbnail
huquq

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub - VİDEO

News thumbnail
huquq

Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı