
Hüquqinfo.az bildirir ki,
Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda silahlı hücum nəticəsində üç polis əməkdaşı həlak olub, daha üçü isə yaralanıb.
"Hüquqinfo.az" DAWN-a istinadən xəbər verir ki, bu barədə polisin ilkin hesabatında bildirilib.
Atışma nəticəsində yoldan keçən iki şəxs də xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb.
Hücumdan sonra naməlum şəxslər yol polisinin xidməti avtomobili ilə hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları şübhəlilərin yaxalanması üçün axtarış əməliyyatına başlayıb. Ərazi mühasirəyə alınıb.










