Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İraq beynəlxalq koalisiya qərargahını bağlayır--:--
News
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı--:--
News
Güclü fırtına ABŞ-ın şimal-şərqində 75 minə yaxın insan...--:--
News
Naxçıvanda iki bacı bıçaqlandı--:--
News
Avropa Rusiyaya hücum edərsə... - Lavrov--:--
News
İraq beynəlxalq koalisiya qərargahını bağlayır--:--
News
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı--:--
News
Güclü fırtına ABŞ-ın şimal-şərqində 75 minə yaxın insan...--:--
News
Naxçıvanda iki bacı bıçaqlandı--:--
News
Avropa Rusiyaya hücum edərsə... - Lavrov--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Turistlərlə kobud davranan taksi sürücüsü həbs edildi

Bugün, 22:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Axar.az Lent.az-a istinadla xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib.

Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, əvvəlcə sürücü onlara həddindən artıq yüksək hesab etdikləri qiymət “oxuyub”, buna baxmayaraq, onlar yenə də yola davam ediblər. Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib. Onlar razılaşmadıqda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki “Mercedes Viano” modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.

Əcnəbi vətəndaş bildirib ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yola bu şəkildə davam etməyə hazır olduqlarını deyib. Daha sonra sürücüdən düşəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü isə təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən o və həyat yoldaşı artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə səfəri davam etdirmək istəmədiklərini deyərək, Elşəndən onları elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü isə onların düşməsinə icazə vermək əvəzinə, maşını kilidləyib və ər-arvadın avtomobildən çıxmasına imkan verməyib.

Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici ölkədə bu vəziyyətdə özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər. Nəticədə avtomobildən çıxmaq üçün qapını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü söyüş söyməyə və onlara qarşı kobudluq göstərməyə başlayıb.

Elşən Bağırov isə ifadəsində heç bir günahının olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvana çatdırmaq üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razı olmasalar da, sonradan onun idarə etdiyi “Mercedes Viano” markalı avtomobilə miniblər. O bildirib ki, sərnişinlər ondan kondisioneri qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün onu qoşmayıb. Hakimin “Bəs nə üçün onlar səndən şikayət ediblər?” sualına isə Elşən “Onların şikayəti əsassızdır”, – deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə səfərin 2-3 dəqiqə davam etdiyini, onlar düşəndə isə “Nə yaxşı ki, belə adamlardan uzaq oldum”, – dediyini bildirib. Hakimin “2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?” sualına isə Elşən “Onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm”, – deyə cavab verib.

Son sözündə E.Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfə belə hadisə yaşadığını deyərək işə xitam verilməsini istəyib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Naxçıvanda iki bacı bıçaqlandı

News thumbnail
huquq

Biz bilmirik ki, onlarla hansı qanunla danışaq - Pezeşkian

News thumbnail
huquq

İtkin düşən 5 nəfər ötən gün tapılıb

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Lavrov: Moskva Türkiyənin S-400-ləri Rusiyaya dost ölkəyə verməsinə razı ola bilər

Bugün, 22:10
News thumbnail
Bugün
dunya

Lavrov: Türkiyə Moskvanın razılığı olmadan S-400 sistemlərinin başqa ölkəyə verə bilməz

Bugün, 22:10
News thumbnail
Bugün
son xeberler

İsrail Livanın cənubunu vurdu

Bugün, 22:08
News thumbnail
Bugün
idman

Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək

Bugün, 22:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Məhəmməd Salah heyətdən çıxarıldı

Bugün, 22:05
News thumbnail
Bugün
cemiyyet

Boş boşqablarla etiraz aksiyası keçirdilər

Bugün, 21:53
News thumbnail
Bugün
dunya

Lavrovdan təkzib: Türkiyə müraciət etməyib, icazə verməsək...

Bugün, 21:51
News thumbnail
Bugün
cemiyyet

İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə endirib

Bugün, 21:49
News thumbnail
Bugün
cemiyyet

İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib

Bugün, 21:43
News thumbnail
Bugün
siyaset

Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq

Bugün, 21:40
huquq

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

News thumbnail
huquq

4 gün əvvəl Bakıda qətlə yetirilən Masallı sakini ilə bağlı təfərrüatlar məlum olub