










Hüquqinfo.az bildirir ki,
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Hüquqinfo.az-ya verilən məlumata görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.









