Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsində ittiham aktı elan olunub

Dünən, 15:35
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi davam etdirilib.

Hüquqinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda bildirilib ki, 2013-cü ilin mayında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşan qatil Elman İsgəndərov ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu qətlin digər iştirakçısı Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.

Məlum olub ki, İsgəndərov və Talıbov qətlin icraçılarıdır. Onları qətli törətmək üçün sifarişi Xəyal Əli-zadə verib. Hadisənin qısqanclıq zəmində baş verdiyi ortaya çıxıb. V.Şidler hədə-qorxu mesajları alandan bir neçə ay sonra qətlə yetirilib.

İstintaq səndəllərində görə, Xəyal Seymur Talıbova bu qətli törətmək üçün 10 min manat vəd edib və bu qətli icra edən şəxsi tapmasını istəyib. Seymur da bu işi əvvəl məhkum olunmuş Elman İsgəndərovun tapıb.

Daha sonra Elmanı cinayəti həyata keçirmək üçün Siyəzən rayonunda Bakı şəhərinə gətiriblər. Elmana Bakı şəhərində qalması üçün əvvəlcə 100 manat, daha sonra isə 50 manat veriblər. Həmçinin Elmana bu cinayətə görə məhkum oıunmayacağına dair vəd ediblər.

Vüsal Şilderin hərəkəti izlənilib. Onun universitetindən çıxanda izləyiblər və evinə qədər gediblər. Vüsal evdən çıxanda öldürməklə bağlı niyyətini həyata keçirmək istəyib. Amma ərazidə çoxsaylı insan olduğu üçün qətl icra olunmayıb.

Bundan başqa, mayın 2-də Vüsal universitetindən çıxanda yenidən izlənilib və evinin yaxınlığında Elman İsgəndərov onu bıçaqlayaraq qətlə yetirib. Seymur Talıbov Xəyaldan aldığı puldan 1000 manat Elman İsgəndərova verib.

Xəyal Əlizadə elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Vəkili Əlövsət Abbasov isə bildirib ki, müvəkkili şahidlər dindiriləndən sonra ifadə verəcək. Müdafiə tərəfinin istəyi nəzərə alınıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Fərid Həsənov təqsirləndirilən şəxsin istintaq ifadəsinin elan olunmasını istəyib. Bildirib ki, şahidlərə suallar verilən zaman ifadəyə istinad etmək üçün təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsini elan olunması vacibdir. Hakim bu məsələyə növbəti prosesdə münasibət bildiriləcəyini deyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əlizadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib. Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2013-cü ilin may ayında Bakıda Almaniya vətəndaşı, “Mercedes Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

İstanbulda İran təyyarəsinə həbs qoyulub

News thumbnail
huquq

Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində 36 nəfər həbs olunub

News thumbnail
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

News thumbnail
huquq

Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər

News thumbnail
huquq

Ərdoğandan xanım müavini ilə bağlı xəbərlərə sərt cavab

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35