
Hüquqinfo.az bildirir ki,
Azərbaycan təmsilçiisi Vaqif Müsəddiq (85 kq) Yunanıstanın paytaxtı Afinada keçirilən usta ağırlıqqaldıranların dünya çempionatında M70 yaş kateqoriyasında qızıl medal qazanıb.
Zülfüqar Süleymanov (75 kq, M40) isə iki hərəkətin cəmində 249 kq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Səddar Quliyev (85 kq, M75) toplam 126 kq nəticə ilə gümüş medal əldə edib.










