Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qapını döydülər, cavab gəlmədi--:--
News
Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı ha...--:--
News
Filarmoniya parkında meyit tapıldı--:--
News
İran yanvarda təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını ö...--:--
News
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı--:--
News
Qapını döydülər, cavab gəlmədi--:--
News
Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı ha...--:--
News
Filarmoniya parkında meyit tapıldı--:--
News
İran yanvarda təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını ö...--:--
News
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

“Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Bugün, 10:20
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Bolt” şirkəti 4-11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı olub.

“Hüquqinfo.az” xəbər verir ki, dünya çempionatı ilə başlayan əməkdaşlıq “Bolt” və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur.

Tərəfdaşlıq çərçivəsində çempionat iştirakçılarının, qonaqların və azarkeşlərin şəhərdaxili hərəkətinin daha rahat təşkili nəzərdə tutulur. Yarış günlərində tədbirə gələn istifadəçilər “Bolt” tətbiqi vasitəsilə səfərlərə 25 faiz endirimdən yararlana biləcəklər. Endirimdən istifadə qaydaları çempionat ərəfəsində açıqlanacaq.

Eyni zamanda, “Bolt for Business” həlli təşkilatçıların və tərəfdaşların işgüzar səfərlərinin vahid platforma üzərindən idarə olunmasına imkan yaradacaq. Bu həll nəqliyyatın koordinasiyasının daha səmərəli təşkilinə və şəxsi avtomobillərdən istifadə ehtiyacının azaldılmasına xidmət edəcək.

“Bolt for Business”in Azərbaycan üzrə rəhbəri Salman Babazadə tərəfdaşlıqla bağlı bildirib: “Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm idman hadisəsidir. Rəsmi mobillik tərəfdaşı kimi məqsədimiz iştirakçıların, qonaqların və azarkeşlərin şəhər üzrə hərəkətini daha rahat etməkdir. “Bolt for Business” vasitəsilə təşkilati səfərlərin daha səmərəli idarə olunmasına da dəstək verəcəyik”.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu əməkdaşlığın dünya çempionatının təşkili baxımından əhəmiyyətini vurğulayıb: “Bakıda keçiriləcək dünya çempionatı çoxsaylı idmançı, nümayəndə heyəti və azarkeşi bir araya gətirəcək. Belə irimiqyaslı yarış zamanı mobilliyin səmərəli təşkili mühüm məsələlərdən biridir. “Bolt” ilə əməkdaşlığın həm çempionat iştirakçılarının və qonaqların rahatlığına, həm də təşkilati proseslərin daha çevik həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq. Eyni zamanda, bu əməkdaşlığın dünya çempionatından sonra da davam etməsini və uzunmüddətli tərəfdaşlığa çevrilməsini müsbət qiymətləndiririk”.

Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışı isə oktyabrın 11-də Milli Gimnastika Arenasında keçiriləcək. Mundialda 97 ölkədən 640 cüdoçunun iştirakı nəzərdə tutulur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verilir

News thumbnail
idman

Azərbaycanın U-21 millisi bu gün səfərdə Şotlandiya ilə qarşılaşacaq

News thumbnail
idman

40 oyundur uduzmurlar

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Yaponiyada 6 bal gücündə zəlzələ oldu

Bugün, 10:14
News thumbnail
Bugün
son xeberler

Bakının mərkəzində parkda meyit tapılıb

Bugün, 10:13
News thumbnail
Bugün
siyaset

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub

Bugün, 10:06
News thumbnail
Bugün
siyaset

Miqrantları yenidən “üçüncü ölkələrə” göndərəcəklər

Bugün, 10:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib

Bugün, 10:04
News thumbnail
Bugün
son xeberler

Bu əraziyə giriş qadağandır - Təmir davam edir

Bugün, 10:01
News thumbnail
Bugün
siyaset

"Şimal–Cənub" və Orta Dəhliz üzrə daşımalardakı çətinliklər müzakirə edilib

Bugün, 10:00
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 118 dollara düşüb

Bugün, 09:56
News thumbnail
Bugün
iqtisadiyyat

“ADEX 2026”nın rəsmi açılış mərasimi keçirilib

Bugün, 09:56
News thumbnail
Bugün
dunya

Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb

Bugün, 09:56
News thumbnail
idman

Lamin Yamal "Qızıl top" barədə danışıb

News thumbnail
idman

Millətlər Liqası: İspaniya millisi Xorvatiyanı, İsveçrə yığması Şotlandiyanı darmadağın edib