Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tər...--:--
News
Serenay Sarıkaya ilə Heyli Biber eyni geyimdə--:--
News
Yaponiyada 6 bal gücündə zəlzələ oldu--:--
News
Bakının mərkəzində parkda meyit tapılıb--:--
News
Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunv...--:--
News
“Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tər...--:--
News
Serenay Sarıkaya ilə Heyli Biber eyni geyimdə--:--
News
Yaponiyada 6 bal gücündə zəlzələ oldu--:--
News
Bakının mərkəzində parkda meyit tapılıb--:--
News
Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunv...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

"Şimal–Cənub" və Orta Dəhliz üzrə daşımalardakı çətinliklər müzakirə edilib

Bugün, 10:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Şimal–Cənub" və "Şərq–Qərb" (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalardakı mövcud çətinliklər müzakirə edilib.

"Hüquqinfo.az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Yük daşımalarının səmərəliliyi və rəqəmsallaşdırılması" üzrə İşçi qrupunun ilk iclasında aparılıb.

Məlumata əsasən, hibrid formatda keçirilən toplantıda Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndələri təmsil ediblər.

Çıxışlarda Azərbaycanın tranzit potensialının inkişafına yönələn institusional mexanizmlər, o cümlədən Şuranın fəaliyyəti barədə məlumat verilib.

"Həmçinin Azərbaycan ərazisindən keçən "Şimal–Cənub" və "Şərq–Qərb" (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın rolu, tranzit yükdaşımaların davamlı artımı və konteyner daşımalarının genişlənməsi, bu dəhlizlərin inkişaf hədəflərindən danışılıb. Həmçinin tranzit yükdaşımalardakı mövcud çətinliklər təhlil olunub, bu istiqamətdə görülən tədbirlər diqqətə çatdırılıb", - məlumatda vurğulanıb.

Bildirilib ki, infrastrukturun inkişafı ilə yanaşı, institusional koordinasiya, rəqəmsal uyğunluq və regional əməkdaşlıq da paralel şəkildə gücləndirilməlidir. BNF katibliyi Azərbaycanın təcrübəsinin aparılan araşdırmaya əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Sözügedən İşçi qrupu BNF-yə üzv ölkələrin təsdiqlədiyi 2026–2027-ci illər üzrə İş Proqramı çərçivəsində fəaliyyət göstərir. Mövcud beynəlxalq təcrübəni əhatə edən hesabatın, üzv ölkələr üzrə müqayisəli təhlilin və siyasət tövsiyələrinin hazırlanması nəzərdə tutulur. Azərbaycanın BNF-yə sədrliyi dövründə qəbul edilmiş "Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması" üzrə siyasət tövsiyəsi İşçi qrupunun əsas istinad sənədlərindən olacaq. Leypsiq şəhərində keçirilən zirvə toplantısında Orta Dəhlizlə bağlı səsləndirilən təkliflər də tədqiqat prosesində nəzərə alınacaq.

Azərbaycanın bu İşçi qrupunda fəal iştirakı və onun sədrliyi ilə qəbul edilən beynəlxalq sənədlərə istinad olunması ölkəmizin beynəlxalq nəqliyyat siyasətinin formalaşdırılmasına verdiyi töhfəni bir daha nümayiş etdirir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub

News thumbnail
siyaset

Miqrantları yenidən “üçüncü ölkələrə” göndərəcəklər

News thumbnail
siyaset

Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb

Bugün, 09:56
News thumbnail
Bugün
huquq

Bərdədə 26 yaşlı oğlan qətlə yetirildi

Bugün, 09:55
News thumbnail
Bugün
cemiyyet

Burada çoxunun gözü qapıdadır...

Bugün, 09:55
News thumbnail
Bugün
siyaset

Dövlət başçısı: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bugün, 09:54

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Miyanküdəki məktəbdə transformator problemi həll olundu

Bugün, 09:50
News thumbnail
Bugün
siyaset

Bakıda evdən meyit tapıldı

Bugün, 09:48
News thumbnail
Bugün
son xeberler

Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib

Bugün, 09:47
News thumbnail
Bugün
iqtisadiyyat

"Azəriqaz" abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq

Bugün, 09:45
News thumbnail
Bugün
cemiyyet

“Heç kimin fikrini çəkmirəm, qoy mənim dərdimi çəksinlər”

Bugün, 09:45
News thumbnail
Bugün
son xeberler

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı

Bugün, 09:45
News thumbnail
siyaset

Dövlət başçısı: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

News thumbnail
siyaset

Bakıda evdən meyit tapıldı