










Hüquqinfo.az bildirir ki,
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün "Şəfa" komandasının planı bəlli olub.
5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib. Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.
Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə "Şəfa"nın rəqibi "İmişli" olacaq.









