
Hüquqinfo.az bildirir ki,
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun deyib.
“Vladimir Zelenski istəsə, danışıqlar üçün Rusiya paytaxtına gələ bilər. Lakin Kreml bütün məsələlər ekspert səviyyəsində ətraflı müzakirə edilməzdən əvvəl zirvə görüşünün keçirilməsini yersiz hesab edir və belə bir addımı “vaxt itkisi” sayır.
Hazırda Rusiya dialoqa açıq qalsa da, Ukrayna münaqişəsi ilə bağlı dinc danışıqlar yoluna keçidin heç bir əlaməti yoxdur. Böyük Britaniya, Almaniya, Fransa və Avropanın bir sıra digər ölkələrinin rəhbərliyi “rusofobik hissləri” alovlandırmağa davam edir”, - o bildirib.










