
Hüquqinfo.az bildirir ki,
"Feyenoord"un (Niderland) cinah müdafiəçisi Civayro Rid 3 İngiltərə klubunun maraq dairəsinə düşüb.
"Hüquqinfo.az" "TEAMtalk"a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində "Arsenal", "Mançester Siti" və "Liverpul" maraqlıdır.
Adı çəkilən kollektivlərin hamısı müdafiəçi ilə hələ yayda maraqlanıblar və hazırda onun çıxışını izləyirlər. "Feyenoord" daha əvvəl oyunçunu 20 milyon avro qarşılığında "Roma" (İtaliya) və "Nottinqem Forest" (İngiltərə) klublarına satmaqdan imtina edib.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə bütün turnirlərdə 8 matça çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.










