
Hüquqinfo.az bildirir ki,
"Formula 1" üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri – "BCC F1 Weekend Run" qaçışı keçirilib.
"Hüquqinfo.az"un məlumatına görə, təxminən 250 iştirakçı "Formula 1" trekinin 6 kilometrlik tam dövrəsini qət edib.
Qaçış saat 22:00-da başlayıb. İştirakçılar "Formula 1" bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.








