








Hüquqinfo.az bildirir ki,
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib.
Məhkum, 42 yaşlı Loğman Əli oğlu Alıyev müəssisədə dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Qeyd edək ki, Loğman Əliyev 2017-ci ildə qonşusu və tanışı olan Elçin Tapdıqovu bıçaqlayaraq, qətlə yetirib. Hadisəyə səbəb isə Tapdıqovun Loğmana nalayiq ifadələr işlətməsi olub. Həmin vaxt mediada yayılan məlumatlarda Elçin Tapdıqovun peşəkar güləşçi olduğu yer alıb.









