
Hüquqinfo.az bildirir ki,
İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Kortni Mappen-Uolter 33 yaşında vəfat edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin daha əvvəl çıxış etdiyi "Böri" (İngiltərə) klubu məlumat yayıb.
Qeyd edək ki, Mappen-Uolter İngiltərənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, 2013-cü ilə qədər "Mançester Siti"nin gənclər komandasında forma geyinib. Futbolçu ötən il peşəkar karyerasını başa vurub.








