
Hüquqinfo.az bildirir ki,
İspaniya milli komandasının və Kataloniyanın “Barselona” klubunun hücumçusu Lamin Yamal bütün dövrlərin ən yaxşı futbolçusunun kimliyi ilə bağlı suala qəti cavab verib.
“Hüquqinfo.az” “Barca Universal” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı ulduz keçmişdə “Barselona”da çıxış etmiş, hazırda isə ABŞ-nin “İnter Mayami” klubunun şərəfini qoruyan Lionel Messini fərqləndirib.
“Mənim seçimim Messidir. Mən çox futbol izləmişəm və heç kim məni Leo qədər təəccübləndirməyib. Onun uğurları özü hər şeyi deyir. Messi unikaldır. Argentinanın heyətində Dünya Çempionatında nəyə nail olduğuna və indi nə etməyə davam etdiyinə baxmaq kifayətdir. Mənim üçün burada hər şey aydındır və ikinci bir fikir ola bilməz”, – deyə ispan futbolçu bildirib.
Xatırladaq ki, Lamin Yamal və Lionel Messi bu il “Qızıl top” (Ballon d'Or) mükafatına namizədlər siyahısındadırlar. Nüfuzlu mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.









