Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Səfir: Slovakiya və Azərbaycan arasında həqiqi strateji...--:--
News
Yaxın Şərqdə sentyabrda rekord həcmdə neft satışı olub--:--
News
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var--:--
News
Nazir jurnalistə irad bildirdi--:--
News
Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq m...--:--
News
Səfir: Slovakiya və Azərbaycan arasında həqiqi strateji...--:--
News
Yaxın Şərqdə sentyabrda rekord həcmdə neft satışı olub--:--
News
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var--:--
News
Nazir jurnalistə irad bildirdi--:--
News
Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq m...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Keçmiş ər-arvadın 1,7 milyonluq əmlakı hərraca çıxarılır

Bugün, 18:27
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakı şəhəri Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəməyə müraciət edən iddiaçı Sitarə Azər qızı Rzazadə tərəflərin ümumi mülkiyyətində olan əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda isə payına uyğun kompensasiya ödənilməsini istəyib.

Sitarə Rzazadə məhkəmədən kompensasiya da mümkün olmadıqda əmlakların hərracda satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini tələb edib.

İş materiallarından məlum olub ki, əvvəlki məhkəmə qərarları ilə mübahisəli əmlakların üzərində tərəflərin hər birinin 1/2 payı müəyyən edilib.

Ekspertiza nəticəsində hər iki mənzilin tərəflərin paylarına uyğun olaraq iki ayrı, təcrid olunmuş mənzil şəklində bölünməsinin texniki baxımdan mümkün olmadığı müəyyənləşdirilib. Qarajların da fiziki olaraq bölünməsinin mümkün olmadığı tərəflər tərəfindən təsdiqlənib.

Məhkəmə tərəflərin kompensasiya məsələsində razılığa gəlmədiyini nəzərə alıb. Cavabdehin nümayəndəsi kompensasiya ödəməyə maddi imkanlarının olmadığını bildirib və əmlakların açıq hərraca çıxarılmasını istəyib.

Mütəxəssis rəyinə əsasən, hərraca çıxarılacaq əmlakların ümumi ilkin satış qiyməti 1 milyon 694 min manat müəyyən edilib.

Qətnaməyə əsasən, əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə olunan vəsait tərəflərin hər birinin 1/2 payına uyğun olaraq bölüşdürülməlidir.

Qeyd edək ki, tərəflərin “Toyota Kəmri” və “Mersedes GL500” markalı avtomobillərlə bağlı barışıq sazişi imzalaması səbəbindən həmin nəqliyyat vasitələri üzrə işə xitam verilib.

Məhkəmə həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına qərar verib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Yaxın Şərqdə sentyabrda rekord həcmdə neft satışı olub

News thumbnail
iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələrini sığortalatdırır

News thumbnail
iqtisadiyyat

Orxan Nəzərli: "Vergi borcunun idarə edilməsinə daha çevik yanaşma olacaq"

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Bugün, 18:17
News thumbnail
Bugün
idman

“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz”

Bugün, 18:16
News thumbnail
Bugün
siyaset

Almaniya səfiri ADU-nun qonağı oldu

Bugün, 18:15
News thumbnail
Bugün
son xeberler

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırıb

Bugün, 18:07

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Daşkənddə "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda tədbir keçirilib

Bugün, 18:02
News thumbnail
Bugün
son xeberler

İraqı sonuncu İtaliya hərbçisi tərk edib

Bugün, 18:00
News thumbnail
Bugün
dunya

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Bugün, 18:00
News thumbnail
Bugün
cemiyyet

Vinisius Juniorla bağlı şok: Qaçırılıb... - Foto

Bugün, 17:53
News thumbnail
Bugün
cemiyyet

Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edib

Bugün, 17:52
News thumbnail
Bugün
siyaset

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Bugün, 17:51
News thumbnail
iqtisadiyyat

InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!

News thumbnail
iqtisadiyyat

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq