
Hüquqinfo.az bildirir ki,
Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb. Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb.
Ehtiyatda daha bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizinci sıradadır.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.










