
Hüquqinfo.az bildirir ki,
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni argentinalı futbolçuların 2026-cı il dünya çempionatına tam hazır olmadığını bəyan edib.
“Hüquqinfo.az” “TyC Sports”a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis turnirlə bağlı səmimi etiraflar edib.
“Heyətimizdə 100 faiz hazır olan futbolçular yox idi, lakin biz onlara inanırdıq. Əvvəlki turnirlə müqayisədə bu dəfə qat-qat çətin qərarlar qəbul etməli olduq”, – deyə Skaloni bildirib.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin qalibi finalda əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edən İspaniya milli komandası olub.










