










Hüquqinfo.az bildirir ki,
Azərbaycan millilərinin Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri bəlli olub.
"Hüquqinfo.az"un məlumatına görə, kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək.
VII turun görüşləri sentyabrın 23-də baş tutacaq. Kişilərdən ibarət komanda 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.






