
Hüquqinfo.az bildirir ki,
Səfər sentyabrın 22-dən 25-dək davam edəcək. Səfər çərçivəsində Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və onun yüksəksəviyyəli ümumi siyasi debatlarında çıxış edəcək.
Ermənistan Baş nazirinin həmçinin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də işinə başlayıb. Dövlət və hökumət başçılarının iştirakı ilə ümumi siyasi debatlar isə sentyabrın 22-dən 28-dək davam edəcək.










