Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İsrail ordusu Qəzzada avtomobilə zərbə endirdi: ölənlər...--:--
News
Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keç...--:--
News
“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələr...--:--
News
Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov--:--
News
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib--:--
News
İsrail ordusu Qəzzada avtomobilə zərbə endirdi: ölənlər...--:--
News
Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keç...--:--
News
“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələr...--:--
News
Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov--:--
News
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

Yamal Mbappe və Keynə söz atdı

Bugün, 19:43
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Barselona” klubunun 19 yaşlı hücumçusu Lamin Yamal “Qızıl top” uğrunda mübarizə ilə bağlı iddialı bəyanatlar verərək yenidən diqqət mərkəzinə düşüb.

“Hüquqinfo.az” xəbər verir ki, “Movistar Plus” kanalında Xorxe Valdano ilə müsahibədə ispaniyalı futbolçu “Bavariya”nın bombardiri Harri Keynə qarşı sərt mesajlar ünvanlayıb.

Yamal futbolun ən nüfuzlu fərdi mükafatının sadəcə ən çox qol vuran şəxsə deyil, əksinə, meydanda ən yaxşı oyunu nümayiş etdirən oyunçuya verilməli olduğunu bildirib:

“Düşünürəm ki, “Qızıl top”u dünyanın ən yaxşı futbolçusu almalıdır, vəssalam. Mükafat 80 qol vuran oyunçuya verilməməlidir, çünki bunun üçün artıq “ən yaxşı bombardir” mükafatı mövcuddur. Bunlar tamamilə fərqli anlayışlardır. Dünyanın ən yaxşısı hər zaman ən çox qol vuran şəxs deyil. Ən yaxşı o futbolçudur ki, onun oyununa baxarkən sadəcə zövq alırsan və onun digərlərindən aydın şəkildə fərqləndiyini görürsən. Mən və Mbappe dünyanın iki ən yaxşı futbolçusuyuq, lakin düşünürəm ki, bu il bu mükafata məhz mən layiqəm. Bu mənim üçün tam aydındır və futbola baxan hər kəs bunu bilir”, – deyə Yamal vurğulayıb.

Bir çox futbol mütəxəssisləri isə Yamalın bu sözlərini ötən mövsüm “Bavariya” və İngiltərə milli komandası heyətində bütün turnirlərdə 73 qola imza ataraq “Qızıl buts”a layiq görülən Harri Keynə birbaşa atmaca kimi qiymətləndiriblər.

Lamin Yamalın sözügedən qalmaqallı bəyanatlarına “Bavariya”nın idman direktoru Maks Eberl də cavab verib. “Sky Sport Germany” nəşrinə danışan Eberl ispaniyalı gəncə ironik reaksiya verib:

“Əlbəttə, onun özünə belə PR kampaniyası aparması lazımdır. Lakin ən yaxşılar elə futbolçulardır ki, onların bu cür PR kampaniyalarına heç bir ehtiyacı yoxdur”.

Xatırladaq ki, ötən mövsüm “Barselona” ilə La Liqa çempionu olan Yamal keçirdiyi 45 matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin İspaniya millisi ilə Dünya Çempionatının qalibi olub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov

News thumbnail
idman

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar

News thumbnail
idman

"Turan"dan dramatik qələbə, "Sabah"ın ev sınağı...

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Bugün, 20:21
News thumbnail
Bugün
idman

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar

Bugün, 20:20
News thumbnail
Bugün
huquq

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bugün, 20:17
News thumbnail
Bugün
iqtisadiyyat

“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb”

Bugün, 20:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-a göndərib

Bugün, 20:15
News thumbnail
Bugün
siyaset

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib

Bugün, 20:15
News thumbnail
Bugün
cemiyyet

Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bugün, 20:12
News thumbnail
Bugün
dunya

Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub

Bugün, 20:07
News thumbnail
Bugün
siyaset

ABŞ-ın sanksiya siyasəti işə yaramır, çünki... - Ulyanov

Bugün, 20:07
News thumbnail
Bugün
huquq

Badəm şərabla dolu...

Bugün, 20:05
News thumbnail
idman

“Barselona” Rafinya ilə müqavilənin uzadılması barədə razılığa gəlib

News thumbnail
idman

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb