
Hüquqinfo.az bildirir ki,
Ağ Ev ABŞ-da dizel yanacağının ixracına 90 günlük qadağanın tətbiqinə hazırlıq görülməsi barədə “Politico”nun məlumatını təkzib edib.
Hüquqinfo.az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi jurnalistlərə bildirib “Bu, "Politico"nun növbəti yanlış məlumatıdır”, – Ağ Ev rəsmisi qeyd edib.
“Politico” daha əvvəl administrasiya daxilində fikir ayrılıqlarına baxmayaraq, dizel ixracına 90 günlük qadağanın tətbiqi imkanının nəzərdən keçirildiyini yazmışdı.
Nəşrin məlumatına görə, energetika naziri Kris Rayt, maliyyə naziri Skott Bessent və daxili işlər naziri Duqlas Berqam bu təklifə qarşı çıxırlar. Neft sənayesinin nümayəndələri də belə addımın sonradan yanacağın qiymətlərinin artmasına səbəb ola biləcəyini bildiriblər.
*** 21:07 Ağ Ev ABŞ-dən dizel yanacağının ixracına 90 gün müddətinə qadağa qoyulması planını hazırlayır.
Bu barədə “Politico” məlumat yayıb. Nəşrin məlumatına görə, məsələ ilə bağlı Donald Tramp administrasiyası daxilində fikir ayrılıqları olsa da, plan üzərində iş davam etdirilir.










