Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Niqabı qadağan edən qaydanı təsdiqlədilər--:--
News
Kobaxidze: Cənubi Qafqazı daha dinc və qarşılıqlı əlaqə...--:--
News
Bu ölkələrə də vizasız gedəcəyik--:--
News
Bu ağcaqanadlar daha təhlükəlidir--:--
News
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlı...--:--
News
Niqabı qadağan edən qaydanı təsdiqlədilər--:--
News
Kobaxidze: Cənubi Qafqazı daha dinc və qarşılıqlı əlaqə...--:--
News
Bu ölkələrə də vizasız gedəcəyik--:--
News
Bu ağcaqanadlar daha təhlükəlidir--:--
News
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlı...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Ceyhun Bayramov: TRIPP regional bağlantının və iqtisadi inkişafın yeni imkanlarını açacaq

Dünən, 00:37
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası (#UNGA81) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən "Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya" adlı tədbirdə çıxış edib.

"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, nazir çıxışı zamanı Azərbaycanın regional bağlantının gücləndirilməsi ilə bağlı baxışlarını təqdim edib. O bildirib ki, nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi regionda iqtisadi artımın sürətləndirilməsinə, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verə bilər.

Tədbirdə əsas diqqət TRIPP layihəsinə yönəlib. Qeyd olunub ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi təqdim edilən TRIPP Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat bağlantısının təmin edilməsini nəzərdə tutur. Layihənin eyni zamanda daha geniş regional əlaqələrin inkişafına və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə töhfə verməsi gözlənilir.

Ceyhun Bayramov TRIPP-in həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərini yüksək qiymətləndirərək bu prosesdə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Xarici işlər naziri layihənin yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmadığını, regional enerji bağlantılarının və enerji mənbələrinin şaxələndirilməsinin inkişafı baxımından da əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.

Çıxışda Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrə də diqqət çəkilib. Bildirilib ki, Bakı Limanı və Ələt Azad İqtisadi Zonasının ətrafında inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağının formalaşdırılması istiqamətində investisiyalar davam etdirilir.

Bayramov rəqəmsallaşdırmanın genişləndirilməsinin, logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən koordinasiya yol xəritələrinin regional nəqliyyat əlaqələrinin inkişafına xidmət etdiyi vurğulanıb.

Azərbaycanın yanaşmasına görə, Trans-Xəzər marşrutunun və TRIPP kimi yeni bağlantı layihələrinin inkişafı ölkələri və bazarları daha sıx birləşdirərək regional ticarət, investisiya və enerji əməkdaşlığı üçün əlavə imkanlar yarada bilər.

On the sidelines of #UNGA81, Foreign Minister @Bayramov_Jeyhun addressed the event “Prosperity through Peace: Investing in the Trans-Caspian Trade Route and TRIPP,” organized by the United States government, highlighting Azerbaijan’s vision for stronger regional connectivity as a driver of economic growth, resilient supply chains and new investment opportunities. Particular attention was given to TRIPP as a project bringing together connectivity, peacebuilding and prosperity. It was noted that, as a key outcome of historic Washington Summit, TRIPP will provide unimpeded multimodal connectivity between mainland Azerbaijan and its Nakhchivan Autonomous Republic, strengthen broader connectivity and foster lasting regional peace. Minister expressed gratitude for the efforts of the United States in the process of realizing the project. Minister Bayramov also highlighted the potential of TRIPP to advance regional energy connectivity and diversification. Moreover, the Minister outlined Azerbaijan’s continued investments in an integrated transport and logistics hub—anchored by the Baku Port and Alat Free Economic Zone—and emphasized the importance of digitalization, streamlined logistics and customs procedures, and coordinated action among partners, specifically noting successful coordination roadmaps with Kazakhstan, Türkiye, and Georgia.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Kobaxidze: Cənubi Qafqazı daha dinc və qarşılıqlı əlaqəli bir regiona çevirmək üçün real imkan görünür

News thumbnail
iqtisadiyyat

"Reuters": Sentyabrın 23-də Hörmüz vasitəsilə blokada ərzində rekord həcmdə neft daşınıb

News thumbnail
iqtisadiyyat

Tiktok Britaniyada 16,8 milyon dollar cərimə ödəyəcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov LLDCs toplantısında Azərbaycanın tranzit və enerji qovşağına çevrildiyini bildirib

Bugün, 01:12
News thumbnail
Bugün
iqtisadiyyat

"Reuters": Sentyabrın 23-də Hörmüz vasitəsilə blokada ərzində rekord həcmdə neft daşınıb

Bugün, 01:04
News thumbnail
Bugün
iqtisadiyyat

Tiktok Britaniyada 16,8 milyon dollar cərimə ödəyəcək

Bugün, 01:04
News thumbnail
Bugün
iqtisadiyyat

KİV: Sentyabrın 23-də təxminən 60 gəmi Hörmüz boğazından keçib

Bugün, 00:56

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Sumqayıtda yolu keçən kişini maşın vurub öldürdü

Bugün, 00:55
News thumbnail
Bugün
siyaset

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bugün, 00:53
News thumbnail
Bugün
siyaset

Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib

Bugün, 00:52
News thumbnail
Bugün
siyaset

“Sərhəddə demarkasiya işləri yenidən başlayacaq”

Bugün, 00:52
News thumbnail
Bugün
cemiyyet

“Məni susdurmağa çalışdınız”

Bugün, 00:45
News thumbnail
Bugün
son xeberler

Bulvar hara kimi genişləndiriləcək?

Bugün, 00:42
News thumbnail
iqtisadiyyat

KİV: Sentyabrın 23-də təxminən 60 gəmi Hörmüz boğazından keçib

News thumbnail
iqtisadiyyat

Xanlar Ağalarov: Bulvar İdarəsinin büdcədənkənar gəlirlərində bu il 3 dəfəyə yaxın artım gözlənilir