Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə...--:--
News
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərba...--:--
News
ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair pro...--:--
News
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO--:--
News
“Ana olmaq istəyirəm”--:--
News
Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə...--:--
News
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərba...--:--
News
ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair pro...--:--
News
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO--:--
News
“Ana olmaq istəyirəm”--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Azərbaycandan Qazaxıstana TIR-larla at daşınır - Video

Bugün, 16:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qazaxıstanda olduğunu bildirən sosial media istifadəçisi paylaşdığı videoda Azərbaycandan iki mərtəbəli TIR-la çoxlu sayda atın gətirildiyini deyib.

“Burada, Qazaxıstanda at əti ən bahalı ətdir. Azərbaycandan Qazaxıstana saysız-hesabsız atlar gəlir. Bəlkə 100 başdır. İki mərtəbəli TIR-da at gətirilib. Siz də orada axtarın...”, - deyə o bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər atların ölkədən çıxarılmasına nəzarət edilməsinin vacibliyini qeyd ediblər.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, görüntülərdə səsləndirilən məlumatlar atların hansı məqsədlə aparıldığını təsdiqləmir. Onun sözlərinə görə, belə bir ticarət mövcuddursa, bunun arxasında ilk növbədə bazar amili dayanır:

“Xarici ölkədə Azərbaycan atına daha yüksək qiymət formalaşırsa, sahibkar üçün ixrac daxili bazarda satışdan daha gəlirli ola bilər.

Azərbaycanın Qazaxıstanla qeyri-neft ticarət əlaqələri də kifayət qədər genişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlində Qazaxıstan Azərbaycanın qeyri-neft-qaz ixracında əsas istiqamətlərdən biri olub. Bu baxımdan atçılıq məhsullarının da xarici bazarlara çıxarılması nəzəri olaraq yeni gəlir mənbəyi yarada bilər".

İqtisadçının sözlərinə görə, atların qiymətinin yüksəlməsinin səbəbləri isə yalnız xarici tələblə izah edilə bilməz:

"Yem və saxlanma xərclərinin artması, damazlıq və cins atlara tələbin yüksəlməsi, atçılıq təsərrüfatlarının sayının və istehsal imkanlarının məhdudluğu, eləcə də nəqliyyat və digər xərclər qiymətə təsir edə bilər. Əgər xarici bazarda qiymətlər daxili bazardan əhəmiyyətli dərəcədə yüksəkdirsə, ixracın artması yerli bazarda təklifin azalmasına və müəyyən kateqoriyalarda qiymətlərin yüksəlməsinə də səbəb ola bilər”.

A.Nəsirli qeyd edib ki, xarici bazarın açılması Azərbaycan atçılığı üçün əlavə investisiya və gəlir imkanları yarada bilər:

“Sahibkarlar daha keyfiyyətli damazlıq atların yetişdirilməsinə, təsərrüfatların genişləndirilməsinə və yeni ixrac kanallarının yaradılmasına maraq göstərə bilərlər. Bununla yanaşı, ixracın genişlənməsi atçılığın inkişafına xidmət etməsi üçün prosesin baytarlıq, gömrük və heyvanların daşınması qaydalarına uyğun aparılması, həmçinin ölkədə damazlıq və genetik resursların qorunması vacibdir.

Ona görə də məsələnin əsas iqtisadi tərəfi “Azərbaycandan at aparılırmı” sualından daha genişdir. Əsas sual budur ki, Azərbaycan atçılığı xarici bazarlarda hansı dəyəri yarada bilir və bu dəyərin nə qədəri yerli fermer və yetişdiricinin gəlirinə çevrilir. Əgər Qazaxıstan və digər bazarlarda Azərbaycan atlarına real və davamlı tələb varsa, bu sahə kənd təsərrüfatında ayrıca ixrac istiqamətinə çevrilə bilər”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO

News thumbnail
iqtisadiyyat

Azərbaycan regional mərkəzi bank sədrlərinin dəyirmi masasında iştirak edib

News thumbnail
iqtisadiyyat

Qırğızıstanda bir qoç 1 milyon dollara satıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Bakıda marketdə qadını döyən kişi saxlanıldı - Video

Bugün, 17:28
News thumbnail
Bugün
idman

İspaniya Kral Futbol Federasiyası Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb

Bugün, 17:22
News thumbnail
Bugün
cemiyyet

Cəlilabadda açıq ərazi yanır - FOTO

Bugün, 17:22
News thumbnail
Bugün
cemiyyet

Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”

Bugün, 17:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bugün, 17:19
News thumbnail
Bugün
huquq

Bakıda marketdə qadını döyən şəxs həbs edilib

Bugün, 17:17
News thumbnail
Bugün
idman

Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Yerli futbolçularla uğura nail ola bilərik"

Bugün, 17:17
News thumbnail
Bugün
siyaset

Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Bugün, 17:17
News thumbnail
Bugün
huquq

Alban-Udi xristian dini icmasının üzvü: Gəncəsər monastırında öz dilimizdə ibadət etdik

Bugün, 17:16
News thumbnail
Bugün
huquq

“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

Bugün, 17:16
News thumbnail
iqtisadiyyat

SSRİ Atropatena tarixini belə saxtalaşdırıb - Tarixçi

News thumbnail
iqtisadiyyat

Robert Mobili: Ermənistandakı revanşist qüvvələr Alban-Udi anlayışından çox narahat olurlar