Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tər...--:--
News
Serenay Sarıkaya ilə Heyli Biber eyni geyimdə--:--
News
Yaponiyada 6 bal gücündə zəlzələ oldu--:--
News
Bakının mərkəzində parkda meyit tapılıb--:--
News
Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunv...--:--
News
“Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tər...--:--
News
Serenay Sarıkaya ilə Heyli Biber eyni geyimdə--:--
News
Yaponiyada 6 bal gücündə zəlzələ oldu--:--
News
Bakının mərkəzində parkda meyit tapılıb--:--
News
Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunv...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

"Azəriqaz" abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq

Bugün, 09:45
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Azəriqaz"da xidmət və iş proseslərinin rəqəmsallaşdırılması abonentlərə bir sıra əməliyyatları kağız sənədlər olmadan və xidmət mərkəzlərinə getmədən həyata keçirməyə imkan verəcək.

Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində daha bir xidmət sahəsində proseslərin elektronlaşdırılması istiqamətində mühüm addım atılıb. SİMA rəqəmsal imzanın "Azəriqaz" İB-nin xidmət və iş proseslərinə inteqrasiyası ilə abonent müqavilələrinin rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb.

Vətəndaşlar "mygov" platforması üzərindən qaz təchizatı ilə bağlı müqavilələrini SİMA ilə imzalayaraq xidmət mərkəzinə getmədən də müraciətlərini rəsmiləşdirə bilirlər. Eyni imkan "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində də tətbiq olunur. Burada əhali və qeyri-əhali abonentləri ilə qaz alqı-satqı müqavilələri elektron formada rəsmiləşdirilərək SİMA ilə imzalanır.

Yeni həll sənədləşmə prosesini sadələşdirir, rəsmiləşdirməyə sərf olunan vaxtı azaldır və abonentlərin xidmətlərdən daha rahat istifadəsinə imkan yaradır. Eyni zamanda, fiziki sənəd dövriyyəsinin azalması "Azəriqaz"ın daxili əməliyyatlarının daha çevik idarə olunmasına, proseslərə nəzarətin gücləndirilməsinə və sənədlərin elektron şəkildə idarə olunmasına şərait yaradır.

"Azəriqaz" və "AzInTelecom" arasında əməkdaşlığın növbəti mərhələsində rəqəmsal həllərin digər xidmət və iş proseslərində tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Tətbiq olunan yenilik ölkədə dövlət xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" dövlət xidmətlərinin modernləşdirilməsini və rəqəmsal platformaya transformasiyasını əsas istiqamətlərdən biri kimi müəyyən edir.

SİMA rəqəmsal imzanın müxtəlif xidmət sahələrinə inteqrasiyası vətəndaşların gündəlik əməliyyatlarını sadələşdirməklə yanaşı, xidmətlərin rəqəmsal mühitə keçirilməsini sürətləndirir. "AzInTelecom" SİMA-nın tətbiq sahələrini genişləndirərək istifadəçilər üçün daha rahat və əlçatan rəqəmsal xidmət təcrübəsinin formalaşdırılmasını davam etdirəcək.

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC tərəfindən yaradılıb. "SİMA İmza" istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 118 dollara düşüb

News thumbnail
iqtisadiyyat

“ADEX 2026”nın rəsmi açılış mərasimi keçirilib

News thumbnail
iqtisadiyyat

FIBA Avropa Kuboku: "Neftçi" Estoniyada cavab oyununa çıxır

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

“ADEX 2026”nın rəsmi açılış mərasimi keçirilib

Bugün, 09:56
News thumbnail
Bugün
dunya

Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb

Bugün, 09:56
News thumbnail
Bugün
huquq

Bərdədə 26 yaşlı oğlan qətlə yetirildi

Bugün, 09:55
News thumbnail
Bugün
cemiyyet

Burada çoxunun gözü qapıdadır...

Bugün, 09:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Dövlət başçısı: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bugün, 09:54
News thumbnail
Bugün
cemiyyet

Miyanküdəki məktəbdə transformator problemi həll olundu

Bugün, 09:50
News thumbnail
Bugün
siyaset

Bakıda evdən meyit tapıldı

Bugün, 09:48
News thumbnail
Bugün
son xeberler

Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib

Bugün, 09:47
News thumbnail
Bugün
cemiyyet

“Heç kimin fikrini çəkmirəm, qoy mənim dərdimi çəksinlər”

Bugün, 09:45
News thumbnail
Bugün
son xeberler

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı

Bugün, 09:45
News thumbnail
iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.09.2026)

News thumbnail
iqtisadiyyat

Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 200 dolları ötüb