
Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-avqust aylarında Kosmik Agentlik ("Azərkosmos") 17,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
8 ayda peyk telekommunikasiya xidmətlərini 36 ölkədən təxminən 95 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 5 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,8 milyon ABŞ dolları), Lüksemburq (2,1 milyon ABŞ dolları), Türkiyə (874,7 min ABŞ dolları), Pakistan (776,5 min ABŞ dolları) və Tanzaniya (437,2 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 66 %-dən 61 %-ə düşüb.
Təkcə avqustda isə "Azərkosmos" 2,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə təxminən 47 % çoxdur.









