










Hüquqinfo.az bildirir ki,
FİFA prezidenti Canni İnfantino Bakıya gəlib. Onun səfəri elan edilmədən, gizlicə reallaşıb.
Axar.az Futbolinfo.az-a istinadla xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15 dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır.
İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən iki aya görülən işlər təəccübləndirib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.










