Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Mercedes”in pilotu problemə görə yarışı dayandırdı--:--
News
“Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş olundu--:--
News
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb--:--
News
III Çarlz səhvləri təkrarlamaq istəmir--:--
News
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslə...--:--
News
“Mercedes”in pilotu problemə görə yarışı dayandırdı--:--
News
“Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş olundu--:--
News
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb--:--
News
III Çarlz səhvləri təkrarlamaq istəmir--:--
News
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslə...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir

Bugün, 11:14
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.

Bu maddədə nəzərdə tutulan güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq ediləcək:

- texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;

- texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.

Vergi güzəştləri 2027-ci il yanvarın 1-dən texnologiyalar parkının rezidenti şəhadətnaməsini alan və qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidentlərinə münasibətdə tətbiq ediləcək.

Hazırda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə vergidən azaddır. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri də vergidən azaddır.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir (muzdlu işdən gəlir istisna olmaqla) normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə gəlir vergisindən azad ediləcək. Bu maddədə nəzərdə tutulan güzəşt aşağıdakı şərtlər daxilində tətbiq ediləcək:

- texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə;

- avadanlıqların, aparat-texniki vasitələrin ixracı həyata keçirildiyi halda həmin avadanlıqlara, aparat-texniki vasitələrə texnologiyalar parkının rezidenti olan vergi ödəyicisi tərəfindən yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldıqda. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız digər şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirlərə bu maddədə nəzərdə tutulan azadolma şamil edilmir;

- texnologiyalar parkının rezidentinin bu fəaliyyət üzrə əldə olunan gəlirlərindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:

Hazırda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir- qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət vergisindən azaddır. Nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir. Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə vergidən azaddır.

Layihəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə mənfəət vergisindən azad olunacaq. Bu maddədə nəzərdə tutulan güzəşt aşağıdakı şərtlər daxilində tətbiq ediləcək:

- texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

- avadanlıqların, aparat-texniki vasitələrin ixracı həyata keçirildiyi halda həmin avadanlıqlara, aparat-texniki vasitələrə texnologiyalar parkının rezidenti olan vergi ödəyicisi tərəfindən yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldıqda. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız digər şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirlərə bu maddədə nəzərdə tutulan azadolma şamil edilməyəcək;

- texnologiyalar parkının rezidentinin bu fəaliyyət üzrə əldə olunan gəlirlərindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə. Bu güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq ediləcək:

Texnologiyalar parkının rezidenti olan və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmayan şəxs tərəfindən üçüncü şəxslərin payçı (səhmdar) kimi cəlb edilməsi zamanı iştirak paylarının (səhmlərin) nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsi (yerləşdirilməsi) nəticəsində əldə edilən gəlir (müəssisənin aktivlərinin yenidən qiymətləndirilməsi üzrə yaranan dəyər artımına mütənasib dəyər istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azad olunacaq. İştirak payının (səhmlərin) nominal dəyərdən yuxarı qiymətə təqdim edilməsi ilə bağlı dəyər artımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti (o cümlədən texnologiyalar parkından kənar fəaliyyət üzrə) olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər normativ hüquqi aktlara uyğun olaraq, sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən başlayaraq, sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə həmin fəaliyyət çərçivəsində istifadə edilən əmlaklarına görə əmlak vergisini ödəməkdən azad olunacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti (o cümlədən texnologiyalar parkından kənar fəaliyyət üzrə) olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər normativ hüquqi aktlara uyğun olaraq, sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən başlayaraq, sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parkının rezidentlərinə münasibətdə isə 20 il müddətinə həmin fəaliyyət çərçivəsində istifadə edilən torpaqlarına görə torpaq vergisini ödəməkdən azad ediləcək.

Məcburi dövlət sosial sığorta haqqı sahəsində də güzəştin də müddəti artırılır müəyyənləşir. “Sosial sığorta haqqında” qanuna əsasən, hazırda texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.

Layihəyə əsasən, qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidenti, onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2027-ci il yanvarın 1-dən 20 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək. Nəzərdə tutulan güzəşt qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olmayan texnologiyalar parkının iri sahibkarlıq subyektlərinə aid edilən rezidentlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq ediləcək:

- texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək;

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

“Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş olundu

News thumbnail
iqtisadiyyat

Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb

News thumbnail
iqtisadiyyat

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Bugün, 12:52
News thumbnail
Bugün
son xeberler

Ermənistanda partlayış: hərbçi öldü

Bugün, 12:49
News thumbnail
Bugün
iqtisadiyyat

AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir

Bugün, 12:44
News thumbnail
Bugün
iqtisadiyyat

Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim

Bugün, 12:44

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

AZAL “Boeing 787 Dreamliner” simulyatorunu ictimaiyyətə təqdim edir

Bugün, 12:39
News thumbnail
Bugün
siyaset

Naxçıvan Müəllimlər İnstutunun NDU-ya birləşdirilməsi ilə bağlı komissiya yaradılıb

Bugün, 12:36
News thumbnail
Bugün
dunya

Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər

Bugün, 12:36
News thumbnail
Bugün
cemiyyet

Rektor: Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini NDU-da davam etdirəcəklər

Bugün, 12:34
News thumbnail
Bugün
dunya

Sabah Bakıya yağış yağacaq

Bugün, 12:30
News thumbnail
Bugün
dunya

Türkiyədə güclü zəlzələ: yollarda çat əmələ gəldi

Bugün, 12:29
News thumbnail
iqtisadiyyat

AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir

News thumbnail
iqtisadiyyat

Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim