Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Prezidentin köməkçisi: "Azərbaycanda qeyri-neft sektoru...--:--
News
Formula-1: FHN təhlükəsizliyi yüksək səviyyədə təşkil e...--:--
News
Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-...--:--
News
Anna Soave: Azərbaycanın regionlarında turizmin inkişaf...--:--
News
Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıql...--:--
News
Prezidentin köməkçisi: "Azərbaycanda qeyri-neft sektoru...--:--
News
Formula-1: FHN təhlükəsizliyi yüksək səviyyədə təşkil e...--:--
News
Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-...--:--
News
Anna Soave: Azərbaycanın regionlarında turizmin inkişaf...--:--
News
Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıql...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Fuad Nağıyev: 2025-ci ildə turizm xidmətlərindən 2 mlrd. dollara yaxın valyuta gəliri əldə olunub

Bugün, 11:29
News thumbnail

Hüquqinfo.az bildirir ki,

2025-ci ildə Azərbaycanda turizmlə bağlı fəaliyyətlərin yaratdığı əlavə dəyər təxminən 7 milyard manat təşkil edib.

Hüquqinfo.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

Agentlik sədri bildirib ki, turizm iqtisadiyyatın şaxələndirilməsinin mühüm komponentinə çevrilib və sektorun inkişafı iqtisadiyyatın bir sıra digər sahələrinə də təsir göstərir.

O, turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni Dövlət Proqramının qəbul edilməsini də diqqətə çatdırıb.

Fuad Nağıyev qeyd edib ki, proqramın əsas prioritetlərindən biri daha əlverişli və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.

Onun sözlərinə görə, proqram çərçivəsində mehmanxanalar və digər yerləşmə vasitələri, sağlamlıq və kurort müəssisələri, qış turizmi obyektləri, həmçinin MICE və işgüzar turizmi dəstəkləyən konfrans infrastrukturu üzrə investisiya layihələri üçün kredit faiz subsidiyalarına dair yeni mexanizm nəzərdə tutulur.

“Bu proqram növbəti dörd il üçün yol xəritəsi rolunu oynayır”, - Dövlət Turizm Agentliyinin sədri bildirib.

O əlavə edib ki, proqram çərçivəsində yerləşmə infrastrukturuna investisiyaların subsidiyalaşdırılması, əlavə müntəzəm və çarter aviareyslərinin dəstəklənməsi, beynəlxalq turistlərin cəlb edilməsi üçün subsidiyalar, turizmlə bağlı tədbirlərə və mikro və kiçik turizm bizneslərinə dəstək kimi mexanizmlər də nəzərdə tutulur.

Fuad Nağıyev həmçinin turizm və rekreasiya zonalarının inkişafının investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, bu zonalar infrastruktur, turizm xidmətləri və destinasiyaların inkişafını bir araya gətirərək dayanıqlı turizm və investisiya üçün imkanlar yaradır.

Dövlət Turizm Agentliyinin sədri Azərbaycanın müxtəlif regionlarının, zəngin mədəni irsinin və unikal turizm imkanlarının beynəlxalq turistlər üçün yüksək dəyərli turizm məhsullarının yaradılmasına imkan verdiyini qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıqlar aparıb

News thumbnail
iqtisadiyyat

Şahmar Mövsümov: "Azərbaycana 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"

News thumbnail
iqtisadiyyat

AZPROMO: Birbaşa xarici investisiyaların keyfiyyətini artırmağa çalışırıq

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanıldı

Bugün, 12:24
News thumbnail
Bugün
cemiyyet

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Bugün, 12:23
News thumbnail
Bugün
iqtisadiyyat

AZPROMO: Birbaşa xarici investisiyaların keyfiyyətini artırmağa çalışırıq

Bugün, 12:23
News thumbnail
Bugün
siyaset

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Bugün, 12:21

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

“Ağ Şəhər” layihəsində ekoloji yanaşma master-plana daxil edilib

Bugün, 12:20
News thumbnail
Bugün
siyaset

AIIF 2026-da qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Bugün, 12:19
News thumbnail
Bugün
iqtisadiyyat

Şahmar Mövsümov: Azərbaycanda data mərkəzlərinin yaradılması üçün mühüm enerji üstünlüyü var

Bugün, 12:18
News thumbnail
Bugün
siyaset

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırır"

Bugün, 12:17
News thumbnail
Bugün
dunya

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılışı olacaq

Bugün, 12:15
News thumbnail
Bugün
son xeberler

“Sea Breeze”dəki təcrübə regionlarda da tətbiq oluna bilər

Bugün, 12:15
News thumbnail
iqtisadiyyat

Şahmar Mövsümov: Azərbaycanda data mərkəzlərinin yaradılması üçün mühüm enerji üstünlüyü var

News thumbnail
iqtisadiyyat

Emin Ağalarov: "Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub"