Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib--:--
News
Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM--:--
News
Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı...--:--
News
Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib--:--
News
AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialo...--:--
News
AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib--:--
News
Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM--:--
News
Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı...--:--
News
Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib--:--
News
AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialo...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur

Bugün, 12:30
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur.

"Hüquqinfo.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, 2018–2026-cı illər ərzində 5 böyük sosial islahat paketi həyata keçirilib:

"Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Həyata keçirilən tədbirlər nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artaraq 2,1 milyard manata çatıb. Həmin dövrdə işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə, işsizlikdən sığorta ödənişləri ilə əhatə olunanların sayı isə 4,3 dəfə artıb".

Nazir deyib ki, eyni zamanda, əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatmış, əməkhaqqı fondu isə 3,4 dəfə artıb:

"Bu göstəricilər ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək bazarının şəffaflığının artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticələrini də əks etdirir".

Anar Əliyev son illərdə Azərbaycanda sosial müdafiə və məşğulluq sahəsində də rəqəmsal transformasiyanın həyata keçirildiyini qeyd edib:

"Nazirlik tərəfindən göstərilən 152 xidmətin 90 faizi elektronlaşdırılıb, o cümlədən 55 proaktiv xidmət istifadəyə verilib. Hazırda elektron sistemlərimizin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Əmək və məşğulluq sahəsində islahatların mühüm mərhələsini təşkil edən Əmək və Məşğulluq alt sistemi üzərindən əmək müqavilələrinin 97 faizi elektron qaydada bağlanıb".

Nazir vurğulayıb ki, hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib:

"Bu da öz növbəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir. Peşə hazırlığının səmərəliliyinin artırılması məqsədilə adambaşına maliyyələşdirmə mexanizminə keçirilmişdir və işsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, eləcə də bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib

News thumbnail
siyaset

Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır

News thumbnail
siyaset

Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Yardımlıda 16 kq narkotik aşkarlandı: 3 nəfər həbs edildi

Bugün, 12:57
News thumbnail
Bugün
siyaset

Nazir: "Beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapitalın cəlbinə önəm veririk"

Bugün, 12:55
News thumbnail
Bugün
huquq

Otman Bozdağ Palçıq Vulkanı püskürüb

Bugün, 12:53
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər

Bugün, 12:51

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib

Bugün, 12:48
News thumbnail
Bugün
huquq

“Formula 2”nin qalibləri mükafatlandırılıb

Bugün, 12:47
News thumbnail
Bugün
huquq

“Formula 2” Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb

Bugün, 12:47
News thumbnail
Bugün
huquq

Qaradağda vulkan püskürdü - Video

Bugün, 12:47
News thumbnail
Bugün
siyaset

Otman Bozdağ Palçıq Vulkanında püskürmə baş verib - VİDEO - YENİLƏNİB

Bugün, 12:43
News thumbnail
Bugün
siyaset

Qaradağ rayonunda palçıq vulkanı püskürüb - VİDEO - YENİLƏNİB

Bugün, 12:43
News thumbnail
siyaset

AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

News thumbnail
siyaset

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb