Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı i...--:--
News
ADEX 2026-da Azərbaycanın yeni istehsal etdiyi avtomat ...--:--
News
Narkotik testlərinin nəticələri açıqlandı--:--
News
Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsi...--:--
News
Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb--:--
News
Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı i...--:--
News
ADEX 2026-da Azərbaycanın yeni istehsal etdiyi avtomat ...--:--
News
Narkotik testlərinin nəticələri açıqlandı--:--
News
Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsi...--:--
News
Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Əmək pensiyasının sığorta hissəsinin hesablanması qaydası dəyişir, sosial sığorta ehtiyatı artırılır

Bugün, 16:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Məcburi dövlət sosial sığorta haqqından fərdi şəxsi hesabın sığorta hissəsinə yönəldilən vəsaitin həcmi dəyişir, sosial sığorta ehtiyatının artımına şərait yaradılır.

Hüquqinfo.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Layihəyə əsasən, bunun üçün məcburi dövlət sosial sığorta haqlarının 90 faizi deyil, 85 faizi yönəldiləcək. Başqa sözlə, fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 85 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olacaq.

Beləliklə, islahatın məqsədlərindən biri həssas qrupların sosial təminatı sisteminin gücləndirilməsi, dayanıqlılığının artırılması üçün sosial sığorta ehtiyat”nda artımlara şərait yaradılmasıdır. Sosial sığorta ehtiyatının əsas hədəfi pensiyaların hər il indeksləşdirilərək artırılması, o cümlədən minimum pensiyanın, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağın anadan olmasına, uşağa görə və dəfn üçün müavinətlərin artırılmasıdır. Sığorta ehtiyatında sosial sığorta haqları hesabına toplanan vəsaitlər, nəticə etibari ilə yenidən əhalinin sosial müdafiəsinin effektiv təşkilinə yönəldilir.

Qeyd edək ki, son 7 ildə həyata keçirilmiş 5 sosial islahat paketi üzrə illik əlavə olaraq 8 milyard manat vəsait ayrılıb. Nəticədə minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artımlar baş verib. Toplanan sığorta ehtiyatı bu artımların davamlı xarakter alması üçün əlavə dəstək rolunu oynayır.

Digər təklif olunan dəyişikliyə görə, məcburi dövlət sosial sığorta haqlarının da artıq 2,5 faizi deyil, 3 faizi idarəetmə xərclərinə yönəldiləcək. Əgər hazırda məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdisə, təklif olunan dəyişikliyə görə idarəetmə xərcləri məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 3 faizi məbləğində müəyyənləşdirilən xərclər olacaq.

Qanun qəbul ediləcəyi halda bu müddəalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

BP Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

News thumbnail
iqtisadiyyat

Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır - FOTO

News thumbnail
iqtisadiyyat

"MJ Finance" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Bugün, 16:34
News thumbnail
Bugün
iqtisadiyyat

"MJ Finance" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Bugün, 16:32
News thumbnail
Bugün
idman

Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk: "Azərbaycan qarşılaşmanın favoritidir"

Bugün, 16:32
News thumbnail
Bugün
iqtisadiyyat

İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu

Bugün, 16:32

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Musa Quliyev: Dəyişiklikdən sonra hərbiçilər, dövlət qulluqçuları və diplomatların pensiyalarında azalma olmayacaq

Bugün, 16:31
News thumbnail
Bugün
siyaset

Deputat: "Dövlət qulluğunda 2 800-dən çox vakant yer var"

Bugün, 16:27
News thumbnail
Bugün
siyaset

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Bugün, 16:25
News thumbnail
Bugün
siyaset

Hərbçilərin əməkhaqları artırılır

Bugün, 16:25
News thumbnail
Bugün
dunya

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi məsələsi qaldırılıb

Bugün, 16:24
News thumbnail
Bugün
dunya

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Bugün, 16:24
News thumbnail
iqtisadiyyat

İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu

News thumbnail
iqtisadiyyat

Recep Öztop: "Mingəçevir Reqatası"nın bütün dünyada nüfuz qazanacağına şübhəmiz yoxdur"