Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun ...--:--
News
Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkda...--:--
News
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz”--:--
News
Almaniya səfiri ADU-nun qonağı oldu--:--
News
İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırı...--:--
News
AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun ...--:--
News
Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkda...--:--
News
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz”--:--
News
Almaniya səfiri ADU-nun qonağı oldu--:--
News
İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırı...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Orxan Nəzərli: "Vergi borcunun idarə edilməsinə daha çevik yanaşma olacaq"

Bugün, 17:41
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparır.

Məlumata görə, bu barədə Dövlət Vergi Xidməti və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi" (TÜİB) arasında Açıq Dialoq Platforması çərçivəsində B2G formatında keçirilmiş görüşdə məlumat verilib.

Xidmətin rəisi Orxan Nəzərli Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illər daha da möhkəmlənməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün yaratdığı imkanları vurğulayıb, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi, bizneslə dialoqun təşviqi barədə fikirlərini bölüşüb və rəhbərlik etdiyi qurumun sahibkarlarla iş prinsipləri barədə məlumat verib. O, bildirib ki, Dövlət Vergi Xidməti biznes ictimaiyyəti ilə açıq və davamlı dialoqa xüsusi önəm verir. Sahibkarların təklifləri yalnız müzakirə edilmir, məqsədəuyğun hesab olunan təşəbbüslər vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi zamanı nəzərə alınır, biznes ictimaiyyəti ilə mövcud dialoqun daha sistemli və institusional müstəviyə keçməsi diqqətdə saxlanılır.

Vergi siyasətinin əsas istiqamətlərinə toxunan O.Nəzərli iqtisadi artım və investisiyaların təşviqi, mikro və kiçik sahibkarlığın fəal dəstəklənməsi, ixracın stimullaşdırılması, rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən biznes subyektləri üçün əlverişli vergi mühitinin yaradılmasının prioritet olduğunu bildirib. O, eyni zamanda, sahibkarların inzibati və hesabatlılıq yükünün azaldılması, vergi prosedurlarının sadələşdirilməsi və vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparıldığı diqqətə çatdırıb.

O.Nəzərli rəqəmsal transformasiya və məlumat əsaslı vergi inzibatçılığının əhəmiyyəti vurğulayıb. Xidmət rəisi süni intellekt və analitik həllərin tətbiqinin genişləndirilməsi, risklərin daha erkən müəyyənləşdirilməsi, preventiv məlumatlandırma və elektron xidmətlərin inkişaf etdirilməsi nəticəsində vergi ödəyiciləri ilə münasibətlərin daha çevik və proaktiv modelə keçirilməsinin hədəfləndiyini bildirib.

O, vergi inzibatçılığında əsas hədəfin nəzarəti artırmaq deyil, riskləri düzgün müəyyənləşdirmək, şəffaf fəaliyyət göstərən vergi ödəyicilərinə əlavə inzibati yük yaratmamaq və rəqəmsal həllər vasitəsilə könüllü vergi ödənişlərini təşviq etmək olduğunu duqqətə çatdırıb. Nəticədə, başlıca məqsəd vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirildiyi, dövlətlə biznes arasında qarşılıqlı etimadın möhkəmləndiyi, sahibkarın vergi sistemini fəaliyyətinə maneə deyil, şəffaf və proqnozlaşdırılan iqtisadi mühitin bir hissəsi kimi qəbul etdiyi sistemin formalaşdırılmasıdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələrini sığortalatdırır

News thumbnail
iqtisadiyyat

InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!

News thumbnail
iqtisadiyyat

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Bugün, 17:51
News thumbnail
Bugün
siyaset

Serbiya-Azərbaycan münasibətləri müzakirə olunub

Bugün, 17:50
News thumbnail
Bugün
siyaset

Nazir Şabranda vətəndaşlarla görüşdü

Bugün, 17:50
News thumbnail
Bugün
dunya

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib

Bugün, 17:48

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

Ermənistandakı AES-in istismarının uzadılması... - Lixaçev

Bugün, 17:47
News thumbnail
Bugün
siyaset

Azərbaycan Dünya Bankı ilə CRAIS layihəsini müzakirə edib

Bugün, 17:44
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələrini sığortalatdırır

Bugün, 17:43
News thumbnail
Bugün
son xeberler

Bakıda dəhşət: 4 uşaq anası olan arvadını boğub öldürdü

Bugün, 17:40
News thumbnail
Bugün
dunya

Bakıda yağış nə vaxta kimi davam edəcək?

Bugün, 17:34
News thumbnail
Bugün
cemiyyet

Netanyahu: Seçkiqabağı “düşmənlər”in İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var

Bugün, 17:28
News thumbnail
iqtisadiyyat

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

News thumbnail
iqtisadiyyat

Aİ Ukraynaya 2.9 milyard avroluq maliyyə dəstəyi ayırıb