
Hüquqinfo.az bildirir ki,
ABŞ Müdafiə Nazirliyi Amentum Technology şirkəti ilə təxminən 572,3 milyon dollar dəyərində müqavilə imzalayıb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Sənədə əsasən, müqavilə kompleks taktiki xəbərdarlıq, hücumların qiymətləndirilməsi və kosmik təminat proqramı çərçivəsində həyata keçiriləcək.
İşlərə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) raket hücumu barədə xəbərdarlıq sistemlərinə, həmçinin Kolorado ştatında Şayenn dağı üzərində yerləşən NORAD bunkerindəki köhnəlmiş kosmik komandanlıq və idarəetmə sistemlərinə texniki xidmət göstərilməsi daxildir.
Pentaqonun planına əsasən, işlərin 2033-cü ilin sentyabrında başa çatdırılması gözlənilir.










