
Hüquqinfo.az bildirir ki,
Qazax rayonunun Quşçu Ayrım kəndində iyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində evlərinin dam örtüyünə ziyan dəymiş sakinlərə dam örtüyü materiallarının verilməsinə başlanılıb.
Axar.az Hüquqinfo.az-a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər və Daş Salahlı kəndlərində yaşayış evlərinin dam örtüklərinə, həyətyanı sahələrə və təsərrüfatlara ziyan dəymişdi. Hadisədən sonra ərazilərə baxış keçirilib, dəymiş ziyanın həcmi müəyyənləşdirilib.
Quşçu Ayrım kəndində zərərçəkən sakinlərə Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılan dam örtüyü materiallarının paylanılmasına başlanılıb.










