Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ağdərədə 28 yaşlı kişi “tok” vurub öldürdü--:--
News
Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ...--:--
News
"İnter Mayami" David Alaba ilə maraqlanır--:--
News
Müsadirə olunub, yarı qiymətə satışa çıxarıldı - Alan y...--:--
News
KİV: Səhv AI hesabatı ABŞ-ı Çinlə qarşıdurmanın astanas...--:--
News
Ağdərədə 28 yaşlı kişi “tok” vurub öldürdü--:--
News
Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ...--:--
News
"İnter Mayami" David Alaba ilə maraqlanır--:--
News
Müsadirə olunub, yarı qiymətə satışa çıxarıldı - Alan y...--:--
News
KİV: Səhv AI hesabatı ABŞ-ı Çinlə qarşıdurmanın astanas...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib

Bugün, 13:42
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimində bildirib ki, bu, indiyədək həyata keçirilən ən böyük layihədir.

Onun sözlərinə görə, layihəyə 280 milyon lari (təxminən 108 milyon dollar - red) sərmayə qoyulub və Tbilisidə müasir standartlara cavab verən yaşayış kompleksi yaradılıb.

İ. Kobaxidze qeyd edib ki, kompleks 11 bina və 2 400-dən çox mənzildən ibarətdir.

Baş nazir məcburi köçkünlərin layiqli mənzillə təmin edilməsinin hökumətin dəyişməz prioriteti olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Tbilisi ilə yanaşı, regionlarda da layihələr həyata keçirilir.

İ.Kobaxidze bildirib ki, Rustavidə 800 ailə üçün 4 bina, Zuqdididə 7 yeni binada 1 700-dən çox mənzil, Borjomidə isə 150 ailə üçün mənzillər inşa olunur. Ötən il Kutaisidə 720 mənzildən ibarət kompleksin tikintisi başa çatdırılıb.

O, həmçinin qeyd edib ki, 2012-ci ildən bəri Gürcüstanda 45 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib.

Baş nazir bildirib ki, bu müddətdə təxminən 450 ağır və təcili vəziyyətdə olan kompakt yaşayış məntəqəsi bağlanıb və minlərlə insan daha yaxşı yaşayış şəraiti ilə təmin olunub.

Onun sözlərinə görə, təkcə 2026-cı ildə məcburi köçkünlərin mənzillə təmin olunması istiqamətində 240 milyon lari (təxminən 93 milyon dollar) xərclənəcək.

Qeyd edək ki, Avropa Şurasının 2025-ci il üzrə hesabatında Gürcüstan hakimiyyətinə istinadən 299 847 nəfərin məcburi köçkün statusuna malik insan olduğu bildirilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Müsadirə olunub, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

News thumbnail
siyaset

Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto

News thumbnail
siyaset

Bir qrup neft sənayesi işçisi təltif edilib - SƏRƏNCAM

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə

Bugün, 14:05
News thumbnail
Bugün
cemiyyet

Uzun illər sonra efirə qayıdır

Bugün, 14:05
News thumbnail
Bugün
idman

Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib

Bugün, 14:04
News thumbnail
Bugün
siyaset

İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Bugün, 14:02

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Bugün, 13:52
News thumbnail
Bugün
siyaset

Qarabağda antiterror əməliyyatı dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub - RƏY

Bugün, 13:49
News thumbnail
Bugün
cemiyyet

Şəmkirdə 3 avtomobil toqquşub - FOTO

Bugün, 13:43
News thumbnail
Bugün
siyaset

Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Bugün, 13:34
News thumbnail
Bugün
idman

"Barselona" və "Real Madrid" Qabrielin transferi ilə bağlı danışıqlara başlayıblar

Bugün, 13:33
News thumbnail
Bugün
cemiyyet

Bəzi avtobusların yolu dəyişdirildi

Bugün, 13:29
News thumbnail
siyaset

Prezident onları təltif etdi

News thumbnail
siyaset

İlham Əliyev neft sənayesi işçilərini təltif edib