Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azad olunmuş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə iş...--:--
News
Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu--:--
News
İki əsr sonra ilk olacaqdı--:--
News
Danimarka səfiri Rusiya XİN-ə çağırıldı--:--
News
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret l...--:--
News
Azad olunmuş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə iş...--:--
News
Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu--:--
News
İki əsr sonra ilk olacaqdı--:--
News
Danimarka səfiri Rusiya XİN-ə çağırıldı--:--
News
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret l...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir

Bugün, 20:57
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Xorvatiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası Zaqrebdə keçirilib.

"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, iclasa Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli həmsədrlik ediblər.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafı, sənaye və energetika sahələrində əməkdaşlıq, biznes icmaları arasında əlaqələrin gücləndirilməsi, eləcə də ticarət və investisiyalar üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub.

"Xorvatiya və Azərbaycan arasında çox yaxşı siyasi münasibətlər və strateji tərəfdaşlıq mövcuddur. İndi biz bu tərəfdaşlığın iqtisadi ölçüsünü daha da gücləndirmək istəyirik. Xorvatiyanın bilik, texnologiya və beynəlxalq təcrübəyə malik, Azərbaycan bazarında rəqabət apara biləcək şirkətləri var. Biz onları Azərbaycandakı tərəfdaşlarla daha sıx əlaqələndirmək, konkret biznes və investisiya layihələri üçün imkanlar yaratmaq istəyirik", – A. Şuşnyar bildirib.

Görüşdə həmçinin energetikanın Xorvatiya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərdə mühüm yer tutduğu vurğulanıb. Tərəflər enerji sektorunda mövcud əməkdaşlığın davam etdirilməsi və daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Bununla yanaşı, sənaye, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, qida sənayesi və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu qeyd olunub.

Tərəflər Avropa ilə Asiya arasında nəqliyyat və logistika marşrutlarının inkişafını da müzakirə ediblər.

Orta Dəhlizin inkişafının iki qitə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaratdığı bildirilib. Xorvatiya bu çərçivədə özünün nəqliyyat, logistika və infrastruktur imkanlarının prosesə cəlb olunması üçün potensial görür.

Şuşnyar institusional əməkdaşlığın konkret iqtisadi nəticələrə yönəldilməsinin vacibliyini vurğulayıb.

"Hökumətlər və institutlar çərçivə yaradır və dəstək göstərirlər, lakin şirkətlər, sahibkarlar və investorlar imkanları davamlı iqtisadi əməkdaşlığa çevirirlər. Buna görə də biz Xorvatiya ilə Azərbaycan arasında daha çox birbaşa biznes tərəfdaşlığı, ticarət və investisiya layihələrinin həyata keçirilməsini istəyirik", – nazir bildirib.

Tərəflər həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, təhsil, elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Bundan əlavə, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məsələsi də gündəmdə olub.

İclasın sonunda A. Şuşnyar və A. Kərimli Xorvatiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolunu imzalayıblar.

Qeyd edək ki, Xorvatiya və Azərbaycan şirkətlərinin nümayəndələri arasında B2B görüşlər də keçirilib. Məqsəd iki ölkənin biznes icmaları arasında birbaşa əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması olub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

News thumbnail
iqtisadiyyat

ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən ADEX 2026 sərgisində iştirak ediblər

News thumbnail
iqtisadiyyat

Sıfırdan iyirmiyə...

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Baş nazirdən qadınların hərbi xidmət müddəti ilə bağlı qərar

Bugün, 20:33
News thumbnail
Bugün
siyaset

İsrail XİN: “Flydubai” təyyarəsindəki hadisə terror aktına cəhd olub

Bugün, 20:28
News thumbnail
Bugün
dunya

XVIII Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçirildi

Bugün, 20:27
News thumbnail
Bugün
idman

“Bu, o demək deyil ki, Zamiqi bəyənmirik”

Bugün, 20:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunub

Bugün, 20:20
News thumbnail
Bugün
son xeberler

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Bugün, 20:20
News thumbnail
Bugün
iqtisadiyyat

ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən ADEX 2026 sərgisində iştirak ediblər

Bugün, 20:18
News thumbnail
Bugün
idman

Qvardioladan keçmiş klubu barəsində

Bugün, 20:15
News thumbnail
Bugün
cemiyyet

Naxçıvanda ağır qəza: 5 yaralı var

Bugün, 20:15
News thumbnail
Bugün
idman

Azərbaycan yığmasının Millətlər Liqasında Lixtenşteyn ilə oyun öncəsi açıq məşqi baş tutub

Bugün, 20:07
News thumbnail
iqtisadiyyat

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

News thumbnail
iqtisadiyyat

Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq