Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bəzi avtobusların yolu dəyişdirildi--:--
News
İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb--:--
News
Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumın...--:--
News
40 min robotdan istifadə edəcəklər--:--
News
Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisi...--:--
News
Bəzi avtobusların yolu dəyişdirildi--:--
News
İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb--:--
News
Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumın...--:--
News
40 min robotdan istifadə edəcəklər--:--
News
Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisi...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

20 Sentyabr dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpasını təcəssüm etdirir - RƏY

Bugün, 12:21
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi respublikada dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasını təcəssüm etdirən mühüm tarixi hadisədir.

Bu fikirləri "Hüquqinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, müstəqilliyin bərpasından sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olub:

"Uzun illər davam edən işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin tam tətbiqi mümkün olmayıb. Bu vəziyyət həm ölkənin dövlətçilik maraqları, həm də milyonlarla insanın fundamental hüquqları baxımından ciddi nəticələr doğurub. Azərbaycan dövlətinin rəsmi sənədlərində ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edilib".

O qeyd edib ki, dövlətin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi olub:

"Müharibənin nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilmiş, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olunub. Belə ki, 2020-ci il hadisələri Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin əsas mərhələlərindən biri idi. 2020-ci il hadisələrindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ bölgəsində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası idi".

Deputatın sözlərinə görə, 2023-cü il 19 sentyabr Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı:

"Həmin gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması və Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və ölkəmizin dövlət suverenliyi tam bərpa olundu".

"Ağır relyef və əvvəlcədən hazırlanmış mühəndis istehkamlarına baxmayaraq, Azərbaycan Ordusu bütün istiqamətlərdə mühüm hərbi nəticələr əldə etdi. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi".

Pərvanə Vəliyevanın fikrincə, əməliyyatın digər mühüm xüsusiyyəti isə mülki əhalinin qorunmasına xüsusi diqqət yetirilməsi idi:

"Azərbaycan hərbi birləşmələrinə Qarabağda yaşayan erməni əhalisinin zərər görməməsi ilə bağlı tapşırıqlar verilmiş, mülki şəxslər müxtəlif vasitələrlə xəbərdar edilmişdi. Qadınlar, uşaqlar, yaşlılar, fiziki məhdudiyyətli şəxslər və xəstələrə tibbi və digər yardımlar göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdü".

O xatırldaıb ki, uğurlu keçən əməliyyatlar nəticəsində Xocalı qatilləri və illərdir torpaqlarımızı əsarət altında saxlayan canilər də hüquq önündə cavab verməyə məcbur qaldılar.

"Qondarma rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alıblar. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qondarma rejim yaradaraq sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir".

Milli Məclis üzvü vurğulayıb ki, bu hadisədən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi və Konstitusiyanın hüquqi qüvvəsinin bərqərar olması dövlətin rəsmi mövqeyində xüsusi tarixi əhəmiyyət daşıyan nəticə kimi qiymətləndirilib:

"Bundan sonra Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilib və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bununla da, 20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edən rəsmi tarixlərdən birinə çevrilib.

Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisələrin yaddaşda qorunmasına xidmət edir. Bu gün xalqın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik kimi fundamental dəyərlərə münasibətini ifadə edən əlamətdar tarixdir. Suverenliyin bərpası Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun, milli həmrəyliyin və tarixi yaddaşın əhəmiyyətini də ön plana çıxarıb. Dövlətin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proseslərinin həyata keçirilməsi də yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilib".

P. Vəliyeva onu da əlavə edib ki, Azərbaycanda Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin əhəmiyyəti 2025-ci ildə ayrıca diqqət mərkəzinə çəkilib:

"Dövlət başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu qərar Konstitusiyanın və dövlət suverenliyinin Azərbaycan dövlətçiliyindəki rolunun ictimaiyyətə çatdırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətli addım olub.

20 Sentyabr Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi yeni nəsillərə suverenliyin, ərazi bütövlüyünün, Konstitusiyanın aliliyinin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq baxımından xüsusi məna daşıyır. Bütün Respublika ərazisində bu günün qeyd olunması həmçinin Azərbaycanın müasir tarixində mühüm rol oynamış şəhidlərin xatirəsinin yad edilməsini, Vətən uğrunda xidmət göstərmiş hərbçilərin və dövlət qurumlarının fəaliyyətinin xatırlanmasını və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin tarixi aspektlərinin öyrənilməsini əhatə edir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib

News thumbnail
siyaset

Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisində - Foto

News thumbnail
siyaset

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bugün, 12:57
News thumbnail
Bugün
son xeberler

Duetləri yayımlandı

Bugün, 12:50
News thumbnail
Bugün
cemiyyet

Suriyada silah anbarında partlayış: ölənlər var

Bugün, 12:45
News thumbnail
Bugün
huquq

Ombudsman erməni əsilli məhbusların hüquqları ilə bağlı iddialara münasibət bildirib

Bugün, 12:44

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Bugün, 12:43
News thumbnail
Bugün
siyaset

Ombudsman: Ermən əsilli məhkumların hüquqları təmin edilir, yayılan iddialar həqiqəti əks etdirmir

Bugün, 12:43
News thumbnail
Bugün
idman

İtaliya millisinin sabiq futbolçusu Sandro Matsola vəfat edib

Bugün, 12:33
News thumbnail
Bugün
siyaset

Aİ ABŞ-ı Mahmud Abbasa BMT iclasında iştirak etmək üçün viza verməyə çağırıb

Bugün, 12:31
News thumbnail
Bugün
cemiyyet

Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi

Bugün, 12:26
News thumbnail
Bugün
iqtisadiyyat

Bazar günü arabir yağış yağacaq

Bugün, 12:24
News thumbnail
siyaset

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

News thumbnail
siyaset

Ombudsman: Ermən əsilli məhkumların hüquqları təmin edilir, yayılan iddialar həqiqəti əks etdirmir