Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
40 min robotdan istifadə edəcəklər--:--
News
Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisi...--:--
News
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var--:--
News
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir - ...--:--
News
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldü...--:--
News
40 min robotdan istifadə edəcəklər--:--
News
Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisi...--:--
News
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var--:--
News
Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir - ...--:--
News
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldü...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi

Bugün, 12:26
News thumbnail

Hüquqinfo.az bildirir ki,

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan əlamətdar günlərdən biridir.

O, bildirib ki, üçüncü dəfə qeyd olunan bu gün xalqımızın uzun illər davam edən mübarizəsinin, tarixi ədalətə və milli məqsədlərə sarsılmaz inamının məntiqi nəticəsini ifadə edir.

“Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla bu tarixin təsis olunması təsadüfi deyil. 20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində tam təmin olunmasının, separatizmin kökündən aradan qaldırılmasının və yeni tarixi mərhələnin başlanmasının rəmzidir. Bu günə gedən yol heç də asan olmayıb. Təxminən otuz il ərzində Azərbaycan xalqı işğalla barışmadı, dövlətimiz isə ərazi bütövlüyünün bərpasını ən mühüm milli məqsəd kimi qarşıya qoydu. Minlərlə igid oğulun canı və qanı bahasına qazanılmış Zəfər xalqımızın iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərk-silah olunması Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsi baxımından həlledici mərhələ oldu".

K.Qafarov qeyd edib ki, bu tarixi prosesin ən möhtəşəm anlarından biri 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması idi:

“Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması yalnız hərbi və siyasi qələbənin nəticəsi deyildi. Bu, xalqımıza verilmiş sözün yerinə yetirilməsi, illərlə qorunan milli amalın reallaşması və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əyani təzahürü idi. Xankəndinin mərkəzində ucaldılan üçrəngli bayraq bütün Azərbaycan xalqı üçün xüsusi qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycan Bayrağının işğal altında olan bütün torpaqlarda dalğalanmasına nail olmaq idi. Bu məqsədə doğru uzun illər ərzində ardıcıl, məqsədyönlü və düşünülmüş siyasət həyata keçirildi. Bu siyasətin nəticələri 2020-ci ildə əldə olunan tarixi Zəfərlə məhdudlaşmadı. 2023-cü ildə Azərbaycanın bütün ərazilərində konstitusion quruluşun təmin edilməsi ilə dövlət suverenliyi tam bərpa olundu. 8 noyabr 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə Azərbaycan dövlətinin əldə etdiyi möhtəşəm tarixi nəticələrin dünyaya nümayişi idi. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız azad edilmiş şəhərlər deyil. Onlar quruculuğun, qayıdışın və yeni həyatın ünvanlarına çevrilirlər. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, istehsal müəssisələri yaradılır, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunur. Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması isə regionun gələcəyinin elmə, təhsilə və intellektual inkişafa bağlandığını göstərir. 20 sentyabr həm də Azərbaycanın gələcəyə inamla baxdığı gündür. Bu tarixi bayram bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlət, uzaqgörən siyasət və xalqın öz məqsədinə inamı qarşıya qoyulan ən böyük vəzifələrin belə həyata keçirilməsinə imkan yaradır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün artıq Azərbaycanın tam suverenliyinin, tarixi Zəfərinin və böyük qayıdışının parlaq simvollarıdır”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Suriyada silah anbarında partlayış: ölənlər var

News thumbnail
cemiyyet

Antiterror tədbirləri: DİN-in döyüş yolu - VİDEO

News thumbnail
cemiyyet

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Ombudsman erməni əsilli məhbusların hüquqları ilə bağlı iddialara münasibət bildirib

Bugün, 12:44
News thumbnail
Bugün
siyaset

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Bugün, 12:43
News thumbnail
Bugün
siyaset

Ombudsman: Ermən əsilli məhkumların hüquqları təmin edilir, yayılan iddialar həqiqəti əks etdirmir

Bugün, 12:43
News thumbnail
Bugün
idman

İtaliya millisinin sabiq futbolçusu Sandro Matsola vəfat edib

Bugün, 12:33

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Aİ ABŞ-ı Mahmud Abbasa BMT iclasında iştirak etmək üçün viza verməyə çağırıb

Bugün, 12:31
News thumbnail
Bugün
iqtisadiyyat

Bazar günü arabir yağış yağacaq

Bugün, 12:24
News thumbnail
Bugün
siyaset

20 Sentyabr dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpasını təcəssüm etdirir - RƏY

Bugün, 12:21
News thumbnail
Bugün
siyaset

Suverenliyin hüquqi anlayışdan real dövlət hakimiyyətinə çevrildiyi tarix - TƏHLİL

Bugün, 12:19
News thumbnail
Bugün
dunya

3 ilə əvvəl Qarabağı tərk etmək üçün qondarma rejimin verdiyi qərar

Bugün, 12:12
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu açıqlanıb

Bugün, 12:09
News thumbnail
cemiyyet

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

News thumbnail
cemiyyet

Aygün Kazımovaya sürpriz: toyda qarşılaşdı - Video