
Hüquqinfo.az bildirir ki,
Vaşinqtonda Ağ Evin yaxınlığında avtomobili mühafizə hasarının yanındakı səkiyə çıxardıqdan sonra ABŞ Prezidenti Donald Trampla görüşməyi tələb edən kişi saxlanılıb.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər ətrafı mühasirəyə alıblar.
Məxfi Xidmət əməkdaşları təhlükəsizliyin pozulması barədə məlumatdan sonra kişini saxlayıblar. Ona qandal vurulduqdan sonra o, Trampla danışmağı tələb edib.
Daha sonra Məxfi Xidmətin nümayəndəsi bildirib ki, kişi psixi vəziyyətinin qiymətləndirilməsi üçün xəstəxanaya aparılıb. Avtomobilə baxış zamanı şübhəli əşyalar aşkar edilməyib.










