Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Dugin: Elita Putinə təzyiq edir - Qələbə olmadan...--:--
News
Braziliyalı hücumçu Rafinya "Barselona"nın tarixinə düş...--:--
News
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasi...--:--
News
Ukrayna Moskvada nəhəng neft zavodunu vurdu - Video--:--
News
4 yaşlı uşağın barmağında dəmir halqa qaldı--:--
News
Dugin: Elita Putinə təzyiq edir - Qələbə olmadan...--:--
News
Braziliyalı hücumçu Rafinya "Barselona"nın tarixinə düş...--:--
News
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasi...--:--
News
Ukrayna Moskvada nəhəng neft zavodunu vurdu - Video--:--
News
4 yaşlı uşağın barmağında dəmir halqa qaldı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Deputat: Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsi üçün hüquqi zəmin yaradıb

Bugün, 09:30
News thumbnail

Hüquqinfo.az bildirir ki,

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları 44 günlük Vətən müharibəsinin məntiqi davamı olmaqla yanaşı, Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi siyasi, diplomatik, iqtisadi və hərbi strategiyanın nəticəsi idi.

Deputat qeyd edib ki, 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə başlayan proses 2023-cü ilin sentyabrında suverenliyin tam təmin olunması ilə başa çatıb:

"Əslində, 44 günlük müharibənin noyabrda dayandırılması Azərbaycanın şüurlu seçimi idi. Dövlət başçımızın da söylədiyi kimi, o vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmadan sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qanunsuz silahlı birləşmələrinin fəaliyyəti bölgədə təhlükəsizlik baxımından ciddi təhdidlər yaradırdı. 2023-cü il aprelin 23-nə - Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi qurulana qədər Ermənistan istehsalı olan minalar Azərbaycan ərazilərinə daşınır, müxtəlif təxribatlar üçün planlar cızılırdı. Amma Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinə üstünlük verdi, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyası üçün müxtəlif imkanlar təklif etdi".

N. Məmmədova bildirib ki, buna baxmayaraq, separatçı strukturların fəaliyyəti, qanunsuz silahlanma və hərbi təxribatlar davam edib:

"Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırdı. Bu halda antiterror tədbirlərinin dayandırılacağını bəyan etdi. Eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı".

Əməliyyatın cəmi 23 saat davam etdiyini diqqətə çatdıran Milli Məclisin üzvü Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsində yerləşən birləşmələri və qanunsuz silahlı dəstələrin silahı yerə qoyduğunu, döyüş mövqelərindən və hərbi postlardan çıxdığını və tam tərk-silah olunduğunu qeyd edib:

"Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı. Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsinin tam şəkildə genişlənməsi üçün hüquqi və siyasi zəmin yaratdı".

"Üç il əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı ilə ölkənin bütün ərazisində dövlət qanunlarının tətbiqi təmin edildi. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məntəqələrində ucaldıldı. 20 sentyabr Azərbaycan Dövlət Suverenliyi günü elan edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq", - deputat sözlərini yekunlaşdırıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Dugin: Elita Putinə təzyiq edir - Qələbə olmadan...

News thumbnail
siyaset

DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO

News thumbnail
siyaset

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib

Bugün, 10:51
News thumbnail
Bugün
cemiyyet

Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA

Bugün, 10:51
News thumbnail
Bugün
cemiyyet

Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL

Bugün, 10:50
News thumbnail
Bugün
siyaset

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Bugün, 10:48

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

İsrail Səfirliyi: Arzu edirik ki, bu bayram Azərbaycan xalqına möhkəm sülh, rifah, birlik və güc gətirsin

Bugün, 10:45
News thumbnail
Bugün
dunya

Qalibaf: İranın şərtləri yerinə yetirilməsə, Hörmüz boğazı açılmayacaq

Bugün, 10:37
News thumbnail
Bugün
idman

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb

Bugün, 10:35
News thumbnail
Bugün
dunya

1670-ci gün: Rusiyanın itkiləri yeniləndi

Bugün, 10:35
News thumbnail
Bugün
dunya

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Bugün, 10:31
News thumbnail
Bugün
dunya

Qalibaf İranda ABŞ-la münasibətlərin gələcəyinə dair fikir ayrılıqları olduğunu etiraf edib

Bugün, 10:27
News thumbnail
siyaset

Ryabkov: Rusiya və ABŞ nümayəndələri arasında görüş keçiriləcək

News thumbnail
siyaset

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib