
Hüquqinfo.az bildirir ki,
Yəmənin cənubunda hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatı (husilər) arasında son sutka ərzində gedən döyüşlərdə azı 48 nəfər ölüb.
Hökumət qüvvələrindəki mənbələrin məlumatına görə, toqquşmalar zamanı 17 hərbçi həlak olub. “Ənsar Allah” hərəkatındakı mənbələr isə 31 döyüşçünün öldüyünü bildiriblər.
Hökumət qüvvələrindəki mənbələr ordunun husilərin bir gün əvvəl ələ keçirdiyi mövqelərin təxminən yarısını geri qaytara bildiyini iddia ediblər.
“Ənsar Allah”dakı mənbələr isə öz növbəsində AFP-yə husilərin Lahic və Taiz sərhədində irəlilədiyini bildiriblər.










