
Hüquqinfo.az bildirir ki,
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib.
"Hüquqinfo.az" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb.
Qeyd olunub ki, Niderlandın miqrasiya siyasətinə qarşı çıxan nümayişçilər polislərə tərəf fişənglər, tüstü bombaları və çubuqlar atmağa başlayıblar. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və atlı polis cəlb edilib, onlar iştirakçıları meydandan uzaqlaşdırmaq üçün su şırnaqları və gözyaşardıcı qaz tətbiq ediblər.
Əvvəlcə hakimiyyət orqanları şəhərin mərkəzi ilə yürüşə icazə verib, lakin toqquşmalar başladıqdan sonra Haaqanın bir hissəsində fövqəladə rejim tətbiq edilib və aksiyanın keçirilməsi qadağan olunub.
Saxlanılanlar hüquq-mühafizə orqanlarına tabe olmamaqda və qanunsuz silah gəzdirməkdə şübhəli bilinirlər.
Daha əvvəl Niderlandın Baş naziri Rob Yetten iğtişaşçıları polislə toqquşmalara can atmaqda və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə günahlandırıb.








